12 Noyabr 2026-cı il tarixində Oğuz rayon V.İbrahimov adına 2 saylı tam orta ümumtəhsil məktəbində və Xaçmaz kənd Şəhidlər Xiyabanında Vətən Müharibəsi Qəhrəmanı şəhid Nail İbrahimlinin şəhadətinin altıncı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Anım tədbirində Oğuz rayon İcra Hakimiyyəti başcısının müavini Aliyə Osmanova, YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Oğuz RİH-nin əməkdaşları, Oğuz rayon Təhsil sektorunun müdiri Sərdar Nəbiyev, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Oğuz rayon Komitəsinin sədri Fərman İbrahimov, Oğuz rayon Ağsaqqallar şurasının üzvləri, Qəbələ və Oğuz rayonundan olan şəhid ailələri, Xaçmaz bələdiyyəsinin və Xaçmaz kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin əməkdaşları, müharibə iştirakçıları, Oğuz şəhər Nail İbrahimli adına 3 sayı məktəb-liseyin və Xaçmaz kənd Vüqar İbrahimov adına 2 saylı tam orta məktəbinin kollektivi, din xadimləri, ziyalılar, mədəniyyət işciləri, səhiyyə işciləri, ictimaiyyət nümayəndələri Vətən müharibəsində xüsusi şücaət göstərərək döyüşüb qəhrəmancasına şəhadətə yüksəlmiş Vətən Müharibəsi Qəhrəmanı, şəhid Nail İbrahimlinin şəhadətinin altıncı ildönümü ilə əlaqədar Xaçmaz kənd Şəhidlər Xiyabanında yerləşən məzarını ziyarət edib, məzarı önünə gül-çiçək dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.
Anım mərasimində çıxış edən natiqlər Vətən müharibəsində əldə olunmuş qələbədən, ordumuzun rəşadətindən, Ali Baş Komandan İlham Əliyevin qətiyyətindən, xalqımızın monolit birliyindən, şəhidin keçdiyi həyat, hərbi xidmət və döyüş yolundan, şücaət və qəhrəmanlığından bəhs ediblər. 44 günlük savaşda əldə etdiyimiz şanlı Qələbəyə görə şəhidlərimizə, yaralı qazilərimizə borclu olduğumuzu söyləyiblər. Vətən uğrunda canından keçən şəhidlərimizin Vətən, torpaq naminə göstərdikləri qəhrəmanlıqların məktəblilər üçün örnək olduğunu, gələcək nəsillərin Nail kimi qəhrəman oğullarımızın döyüş yolunu öyrənərək vətənpərvər ruhda böyüməsində bu cür anım tədbirlərinin böyük rolu olduğunu qeyd ediblər. Vətənin, xalqın başını uca edən şəhidlərimizin xatirəsinin hər zaman əziz tutulacağını, onların daim qəlblərdə yaşayacaqlarını söyləyiblər.
Oğuz rayon Vüqar İbrahimov adına Xaçmaz kənd 2 saylı tam orta məktəbinin şagirdləri tərəfindən şəhidin əziz xatirəsinə həsr olunmuş şerlər səsləndirilmişdir. Sonda şəhidimizin ruhuna dualar oxunmuşdur. Daha sonra şəhidin böyüyüb boya-başa çatdığı ünvana gedilərək ailə üzvləri ziyarət edilib.Vətən Müharibəsi Qəhrəmanı, şəhid Nail İbrahimlinin atası Nəriman İbrahimov və anası Aqubət İbrahimova onlara göstərilən yüksək diqqət, hərtərəfli qayğı və sonsuz ehtirama görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, İbrahimli Nail Nəriman oğlu 04 mart 1994 - cü ildə Oğuz rayon Xaçmaz kəndində anadan olmuşdur. 2000 - 2011-ci illərdə Vüqar İbrahimov adına 2 nömrəli tam orta məktəbdə oxumuşdur. 2012 - 2013-cü illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Nail 2019 - cu ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi yenidən Vətənə xidmətə yollanmışdır. Vətən Müharibəsində döyüşlərə Nail İbrahimli Xüsusi Təyinatlı Qüvvələrin kiçik giziri kimi qatılmış, torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə böyük şücaət göstərmişdir. Kiçik kizir, kəşfiyyatçı İbrahimli Nail, Füzuli, Qubadlı və Zəngilan rayonlarında gedən döyüşlərdə iştirak edərək, Şuşa döyüşlərinin birində qəhrəmancasına şəhid olmuşdur.
Nail İbrahimli noyabrın 12 - də Xaçmaz kəndindəki Şəhidlər Xiyabanında dəfn edilmişdir. Ölmündən sonra İbrahimli Nail Nəriman oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 09.12.2020 Sərəncamı ilə " Vətən Müharibəsi Qəhrəmanı " adı verilmiş, 15.12.2020 Sərəncamı ilə " Vətən uğrunda " və 29.12.2020 Sərəncamı ilə " Şuşanın azad olunmasın görə " medalları ilə təltif olunmuşdur. Şəhidimizin adının əbədiləşdirilməsi üçün Oğuz rayon 3 saylı məktəb - liseyə Nail İbrahimlinin adı verilmişdir. Şəhidlərimiz qürurumuzdur, onların əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır. Allah şəhidlərimizə rəhmət eləsin!
Moskva faktiki olaraq öz zəifliyini göstərdi...