İran Silahlı Qüvvələri tərəfindən martın 5-də Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan ərazisinə dron zərbəsinin endirilməsi beynəlxalq hüququn norma və prinsiplərinə zidd olmaqla yanaşı molla rejiminin nankorluğunu və riyakarlığını əks etdirir.
Regionda gərginliyin artmasına xidmət edən bu hücum qonşuluq prinsipləri ilə bir araya sığmayan acizlik və qorxaqlıq əlaməti olan, dar gündə hər zaman İrana dəstək göstərmiş Azərbaycanın beynəlxalq aləmdə malik olduğu mövqeyə və qazandığı imicə qarşı İran rəhbərliyinin qəlbində yer salmış paxıllıq və qısqanclığın nəticəsi kimi dəyərləndirilməlidir. Biz əminik ki, ölkəmizin regionda sülhün bərqərar olması istiqamətində həyata keçirdiyi siyasət insanpərvər və mehriban, dinc qonşuluq şəraitində birgə yaşayışa xidmət edir. Biz bu fikirdəyik ki, bu gün insanlıqla bir araya sığmayan İran tərəfindən törədilmiş cinayət bədxah qonşularımızın Azərbaycan Prezidentinin bütün dünyada əldə etdiyi uğurlarla barışa bilməməklərinin bariz nümunəsidir. Mənfur qonşular dərk etməlidir ki, Azərbaycan xalqı öz rəhbərinin ətrafında həmişə olduğu kimi bu gün də dəmir yumruq kimi birləşmişdir və hər an həmin yumruq bədxahların başına ağır zərbələr endirməyə qadirdir.
Biz bir daha İran rəhbərliyinin son günlərdə aldığı zərbələrdən seyrəlmiş üzvlərinə müraciət edirik ki, Azərbaycana qarşı həyata keçirdikləri bədxah əməllərdən əl çəksinlər. Azərbaycan rəhbərliyindən və xalqından üzr istəsinlər və bir daha belə nalayiq hərəkətlərə yol verməyəcəklərini açıq şəkildə bəyan etsinlər.
Vahid Novruzov
YAP Veteranlar Şurasının üzvü