PDF Oxu

Siyasət

  • 550

Terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb ediləcək

image

Prezident İlham Əliyev: “Bizim gücümüzü sınamaq istəyənlərin başı “Dəmir yumruq” vasitəsilə yarıldı”

“Biz öz ərazi bütövlüyümüzü qoruyuruq və qorumuşuq. Necə ki, Ermənistan işğalına son qoymuşuq, istənilən şər qüvvəyə qarşı öz gücümüzü göstərməyə hazırıq və İranda bunu unutmasınlar”. Bu fikirləri Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında səsləndirib. Dövlətimizin başçısı vurğulayıb ki, onların törətdiyi bu terror aktı bütün başqa çirkin amillərlə yanaşı, böyük nankorluq nümunəsidir. Bildiyimiz kimi, martın 5-də İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən İran ərazisindən pilotsuz uçuş aparatları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan beynəlxalq hava limanına və digər mülki infrastruktura hücum aktları həyata keçirilib. Pilotsuz uçuş aparatlarının texniki parametrləri və bu hücumların təfərrüatları araşdırılır.

İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən ölkəmizin ərazisində mülki infrastruktura qarşı törədilən hücumları qəti şəkildə pisləyir. Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür. “Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir, bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir”, - deyə Azırbaycan Prezidenti bildirib ki, birinci dəfə deyil ki, İran dövləti Azərbaycana və azərbaycanlılara qarşı terror aktları həyata keçirir.

“ATƏŞİN HƏDƏFLƏRİ MÜLKİ OBYEKTLƏR OLUB”

Məlumdur ki, Azərbaycanın Tehrandakı səfirliyi terror aktına məruz qalmışdır. Səfirliyə hücum çəkmiş İran xüsusi xidmət orqanları tərəfindən təlimatlandırılmış şəxs Azərbaycan vətəndaşlarına qarşı qanlı terror aktı törətmişdir. Azərbaycanın Tehrandakı Səfirliyinə qarşı törədilmiş xain terror əməli də ən ağır cinayət əməlidir. Səfirlik binası Diplomatik ərazidir və həmin ölkəyə məxsusdur və həmin əraziyə icazəsiz və zorla daxil olmaq beynəlxalq qanunlarla qəti qadağandır. Bir ölkənin Səfirliyinə cinayət yolu ilə zorla daxil olmaq özü ayrıca ağır cinayətdir. Həmçinin Səfirlik əməkdaşlarına silahlı hücum edərək qətl etmək və bütün əməkdaşları öldürməyə çalışmaq‚ bu səbəblə bir neçə şəxsi ölümcül yaralamaq qanlı terrordur və mövcud dünya qanunları ilə ən ağır cinayət əməlidir. Bu hadisə təkcə Səfirlik əməkdaşlarına qarşı törədilmiş cinayət hadisəsi yox‚ eyni zamanda bütövlükdə həmin ölkəyə qarşı törədilmiş əməldir. Dövlət başçsı bildirib ki, o vaxt da bizdə şübhə yox idi ki, bunu törədən İran dövlətidir. Çünki bu terror aktı həm səfirliyin içində, həm səfirliyin ətrafında, təqribən 40 dəqiqəyə qədər davam edirdi: “Bu 40 dəqiqə ərzində bir dənə də olsun nə təhlükəsizlik, nə polis nümayəndəsi səfirliyə yaxınlaşmayıb. Aydın məsələ idi ki, Azərbaycanı qorxutmaq, Azərbaycana qarşı çirkin əməllərini həyata keçirmək üçün bu terror aktı İranın dövlət qurumlarının ən rəhbər mərtəbələrindən sifariş edilmişdir. Bildiyiniz kimi, o vaxt Azərbaycan bu hadisəyə çox sərt reaksiya vermişdi, Azərbaycan səfirliyi İrandan təxliyə edilmişdi, bütün diplomatik əlaqələr dayandırılmışdı. İran tərəfi bizdən üzr istəməyə, öz günahını etiraf etməyə məcbur olmuşdu”.

Azərbaycan ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi, mülki şəxslərin və mülki infrastrukturun təhlükəsizliyinin təmin olunması üçün zəruri cavab tədbirləri hazırlayır və bu hücum aktları cavabsız qalmayacaq. “Naxçıvan Muxtar Respublikasının ərazisini İran dövləti pilotsuz uçuş aparatları ilə atəş altına salmışdır. Atəşin hədəfləri mülki obyektlər olub. Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər istiqamətlər İran tərəfindən namərd atəşə məruz qalmışdır”, - deyə Prezident bildirib. Prezident onu da bildirib ki, bizim gücümüzü sınamasınlar. Bizim gücümüzü sınamaq istəyənlərin başı “Dəmir yumruq” vasitəsilə yarıldı. Bugünkü hadisə də eyni nəticəni hasil edəcək. Məsələ ilə bağlı bağlı tədbirlər planı hazırlanacaq. Artıq bütün göstərişlər verilmişdir.

Bütün hallarda son sözü ədalətə və beynəlxalq hüquqa söykənən siyasət deyir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər