PDF Oxu

Siyasət

  • 1 190

YAP Zəngilan rayon təşkilatında tədbir keçirilib - FOTOLAR

image

5 mart 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatının təşkilatçılığı ilə bayram tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə qadınların cəmiyyətin mənəvi sütunu olduğunu qeyd edərək, onların dövlət quruculuğu və ictimai-siyasi proseslərdəki fəal iştirakına toxunub. O, xüsusilə vurğulayıb ki, Azərbaycan qadınının bugünkü yüksək statusunun təməlində Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti dayanır. Ulu Öndərin hakimiyyətdə olduğu bütün dövrlərdə qadın əməyinə, onların elmi və yaradıcı potensialına sonsuz ehtiramla yanaşdığını xatırladaraq, bu irsin milli dövlətçilik ənənəmizin ayrılmaz hissəsi olduğunu diqqətə çatdırıb.

Bu ali diqqətin davamlı xarakter aldığını vurğulayan Natiq Quluzadə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət qadın siyasətinin yeni bir mərhələyə qədəm qoyduğunu qeyd edib. Çıxışda xüsusi olaraq vurğulanıb ki, bu gün Azərbaycan qadını təkcə ailə ocağının qoruyucusu deyil, həm də beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edən güclü simadır. Bu istiqamətdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli və xeyirxah fəaliyyəti, onun həm ölkə daxilində, həm də qlobal miqyasda qazandığı nüfuz bütün Azərbaycan qadınları üçün əsl örnək və ilham mənbəyi kimi dəyərləndirilib.

Tədbirin davamında çıxış edən qonaqlar ölkəmizdə gender bərabərliyinin təmin olunması, qadınların idarəetmədə irəli çəkilməsi istiqamətində görülən işlərdən bəhs edərək, dövlətimiz tərəfindən qadınlara xüsusi diqqət və qayğı göstərildiyini və onların əməyinin yüksək qiymətləndirildiyini vurğulayıblar.

Səmimi dialoq mühitində keçən görüşün sonunda rayonun ictimai-siyasi və mədəni həyatında fərqlənən partiyanın bir qrup fəal qadınlarına YAP Zəngilan rayon təşkilatı tərəfindən Təşəkkürnamə və hədiyyələr təqdim olunub.

Sonda xatirə şəkli çəkdirilib.

Digər xəbərlər