PDF Oxu

Siyasət

  • 998

“8 mart-Beynəlxalq Qadınlar Günü” münasibətilə Lerikli Aygünün Böyük Britaniya uğurları

image

Lerikdən olan Aygün Bədəlova neyropsixoloq və beyin tədqiqatları üzrə gənc alimdir. Bu uğurlu yola Azərbaycanda tibbi təhsillə qədəm qoyub. 2019-cu ildə Böyük Britaniyada "CognitiveNeuroscience and Neuropsychology" ixtisası üzrə magistratura təhsilinə başlayıb. "Royal Free Hospital"da fəaliyyət göstərərək psixi və nevroloji pozuntularını EEG metodları ilə tədqiq edib. Daha sonra "UniversityCollegeLondon"da doktoranturaya qəbul olunub. Təhsilini artırmaqla bərabər Altsheymer və demensiya xəstələri üçün rəqəmsal reabilitasiya üsulları üzərində araşdırmalar aparır. Mövzusu Altsheymer xəstəliyinin canlı beyin üzərində öyrənilməsi və demensiya üçün rəqəmsal terapiya yanaşmalarıdır.

Aygün bildirir ki, Altsheymer sadəcə yaşlanma deyil, erkən diaqnoz və düzgün yanaşma tələb edən ciddi xəstəlikdir. Aktiv həyat tərzi və zehni məşğuliyyət beyin sağlamlığında mühüm rol oynayır.

Alim qızımızın hazırladığı "Gotcha!" adlı tətbiq demensiyanın erkən mərhələsində olan şəxslərə yaxınlarının adlarını xatırlamaqda kömək edir. Aparılan sınaqlar isə terapiyanın yaddaş və beyin aktivliyinə müsbət təsir etdiyini göstərib.

Aygün Bədəlova həmçinin Azərbaycan Altsheymer Assosiasiyasının təsisçisidir. Assosiasiya cəmiyyətin maarifləndirilməsi və xəstələrə, ailələrə psixoloji dəstək məqsədi daşıyır.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər