PDF Oxu

Siyasət

  • 1 128

Azərbaycanın enerji strategiyasında yeni dövr ŞƏRH

image

Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci və Yaşıl Enerji Məşvərət Şurasının 4-cü iclasları, Azərbaycanın enerji siyasətində strateji əhəmiyyət kəsb edən hadisə kimi tarixə düşdü. Prezident İlham Əliyev çıxışında həm daxili enerji təhlükəsizliyini, həm də beynəlxalq əməkdaşlıqları diqqət mərkəzinə çəkdi. Prezident İlham Əliyev vurğuladı ki, qaz təchizatının şaxələndirilməsi hər bir ölkə üçün olduğu kimi, Azərbaycanın enerji siyasətində də xüsusi əhəmiyyət daşıyır. Dünyada enerji bazarlarının qeyri-sabitliyi, siyasi gərginliklər və qlobal tələb-təklif balansının dəyişkənliyi ölkələri yeni təhlükəsizlik strategiyaları hazırlamağa məcbur edir. Azərbaycan isə bu çağırışlara adekvat cavab verir. Qaz təchizatının müxtəlif mənbələrdən təmin olunması, yalnız daxili bazarın təhlükəsizliyini deyil, həm də ixrac potensialını gücləndirir. Cənub Qaz Dəhlizi layihəsi bu baxımdan ölkəmiz üçün strateji üstünlükdür. Avropa bazarına etibarlı enerji mənbəyi təqdim etməklə Azərbaycan həm regional, həm də qlobal enerji oyunçusu kimi mövqeyini möhkəmləndirir.

Prezident İlham Əliyev həmçinin strateji tərəfdaşlığa diqqət çəkdi. Dünyanın ən qüdrətli dövləti olan Amerika Birləşmiş Ştatlarıın Azərbaycanın enerji siyasətində strateji tərəfdaş kimi çıxış etməsi, planlarımızın gerçəkləşməsini tamamilə real edir. ABŞ ilə əməkdaşlıq, yalnız maliyyə və investisiya baxımından deyil, həm də texnologiya transferi və beynəlxalq standartların tətbiqi baxımından önəmlidir. Bu tərəfdaşlıq Azərbaycanın enerji infrastrukturunu modernləşdirir, Yaşıl Enerji layihələrinin sürətli inkişafına zəmin yaradır və ölkəmizi qlobal enerji bazarında etibarlı tərəfdaş kimi təqdim edir.

Azərbaycanın enerji siyasəti sadəcə qaz və neft ixracından ibarət deyil. Prezidentin çıxışları göstərdi ki, bu, həm də strateji düşüncənin, beynəlxalq tərəfdaşlıqların və gələcəyə yönəlmiş planların məhsuludur. Ölkəmizdə prioritetlər aşağıdakılardır: Qaz təchizatının şaxələndirilməsi və etibarlı ixrac imkanlarının genişləndirilməsi, yaşıl enerji və bərpa olunan enerji layihələrinin inkişafı, strateji tərəfdaşlarla, xüsusilə ABŞ ilə əməkdaşlığın dərinləşdirilməsi.Bu addımlar həm Azərbaycanın enerji təhlükəsizliyini təmin edir, həm də geosiyasi mövqeyini gücləndirir.

Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının iclasları göstərdi ki, Azərbaycan həm sabitlik, həm də modernləşmə istiqamətində ardıcıl siyasət aparır. Qaz təchizatının şaxələndirilməsi və ABŞ-ın strateji dəstəyi Azərbaycanın enerji gələcəyini həm iqtisadi, həm də geosiyasi baxımdan ümidverici edir. Prezident İlham Əliyevin çıxışı bir daha təsdiqlədi ki, Azərbaycan regional və qlobal enerji siyasətində etibarlı və perspektivli tərəfdaşdır.

Sevinc Xəlilova

YAP Samux rayon təşkilatının sədr müavini

Digər xəbərlər