PDF Oxu

Siyasət

  • 1 521

Azərbaycan təhdidlərə qarşı qətiyyətli mövqe nümayiş etdirir

image

İran İslam Respublikası tərəfindən ölkəmizə qarşı həyata keçirilən dron hücumları sülhsevər Azərbaycan vətəndaşları tərəfindən hiddətlə qarşılanmışdır. Artıq hamımıza tamamilə aydın olmuşdur ki, İran Silahlı Qüvvələri tərəfindən Naxçıvan ərazisinə dron zərbəsinin endirilməsi molla rejiminin nankorluğunu, riyakarlığını əsl sifətini açıb ortaya qoymuşdur. Həmin hadisəni dünyanın bütün sülhsevər ölkələri acizlik və qorxaqlıq əlamətləri kimi qəbul edirlər. Bu, həqiqətən də əsl reallıqdır.

Təkcə bunu qeyd etmək kifayətdir ki, Azərbaycan ərazisinə edilən bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir, regionda gərginliyin artmasına yol açır. Biz tələb edirik ki, İran İslam Respublikası tez bir zamanda qeyri-insani hərəkətlərə təcili aydınlıq gətirməli, izahat verməli və bu kimi halların gələcəkdə heç vaxt bir daha təkrarlanması üçün ciddi, zəruri təxirəsalınmaz tədbirlər görməlidir.
Həmişə, hər yerdə sülhsevərlik nümayiş etdirən, sülh və əmin-amanlığı daim üstün tutan Azərbaycan Respublikası mehriban qonşuluq prinsipinə həmişə sadiq olmuşdur. Azərbaycan öz ərazisindən İran və ümumiyyətlə, heç bir ölkə üçün təhlükə yaratmamışdır. Azərbaycan Prezidenti İlham Əliyev İranın Ali Liderinin ölümü ilə bağlı dərhal dərin hüznlə başsağlığı vermiş, səfirliyi ziyarət etmişdir. Ölkəmiz heç vaxt ikili, riyakar siyasət yürütməmiş, ağır durumda qalan qonşularına dəstək göstərmiş, daim onlara maddi və mənəvi dayaq olmuşdur. Bəli, məlum hadisələrlə bağlı Azərbaycan İrana humanitar yardım göndərməyi də planlaşdırmışdı.
Belə bir şəraitdə İran tərəfinin Naxçıvan ərazisində mülki obyekti, dinc vətəndaşların istifadə etdiyi hava limanını hədəf götürməsi sakinlərə və mülki infrastruktura qarşı terror aktı kimi qiymətləndirilməlidir. Azərbaycana hücum edənlər həmişə axırda peşman olmuşlar, İran da bu qorxaq əməlinə görə peşman olacaqdır.

Tahir Məmmədov
YAP Veteranlar Şurasının üzvü

Digər xəbərlər