PDF Oxu

Siyasət

  • 495

Xocavənddə tədbir keçirilib - FOTOLAR

image

Tədbirdə YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov, Xocavənd rayon İcra Hakimiyyəti Başçısının müavini Əfsanə Quliyeva və Yeni Azərbaycan Partiyası Xocavənd rayon təşkilatının ictimai-siyasi həyatında fərqlənən fəal üzvlər iştirak edib. Tədbiri giriş sözü ilə açan YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov 8 Mart – Beynəlxalq qadınlar günü münasibətilə Azərbaycan xanımlarını dərin ehtiram və sonsuz hörmətlə təbrik edərək bildirmişdir ki, bu əlamətdar gün qadınların cəmiyyət həyatındakı əvəzsiz rolunun, onların qazandığı nailiyyətlərin, göstərdikləri fədakarlığın və bəşəri dəyərlərə verdikləri töhfələrin təntənəsidir. Azərbaycan qadını tarix boyu müdrikliyi, iradəsi, vətənpərvərliyi və yüksək mənəvi keyfiyyətləri ilə seçilmişdir. Qədim dövlətçilik ənənələrimizdə qadına böyük ehtiram göstərilmiş, o, ailənin dayağı, nəslin davamçısı və cəmiyyətin mənəvi sütunu kimi qəbul olunmuşdur. Azərbaycan qadınının liderlik və humanizm nümunəsi kimi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusi qeyd olunmalıdır. Onun təşəbbüsü ilə həyata keçirilən genişmiqyaslı sosial, humanitar və mədəni layihələr, milli-mənəvi irsimizin qorunması və dünyada təbliği istiqamətində görülən işlər Azərbaycan qadınının potensialını və liderlik qabiliyyətini parlaq şəkildə nümayiş etdirir. Onun fəaliyyəti xeyirxahlıq, mərhəmət və yüksək idarəçilik mədəniyyətinin vəhdətini əks etdirir.

Tədbirdə Xocavənd rayon İcra Hakimiyyəti Başçısının müavini Əfsanə Quliyeva və digər çıxış edənlər 8 Mart – Beynəlxalq qadınlar günü münasibətilə Azərbaycan xanımlarını təbrik edərək bildirdilər ki, dövlətçilik prinsiplərinə sadiq qalan, ictimai-siyasi proseslərdə fəal iştirak edən xanımlarımız sosial layihələr, maarifləndirmə proqramları və xeyriyyə təşəbbüsləri ilə cəmiyyətimizin inkişafına dəyərli töhfələr verirlər. Əlavə olaraq fəal üzvlər göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Sonda tədbirdə Yeni Azərbaycan Partiyasının ictimai-siyasi həyatında fərqlənən xanım fəal üzvlərə 8 Mart – Beynəlxalq qadınlar günü münasibətilə Yeni Azərbaycan Partiyası Xocavənd rayon təşkilatının Fəxri Fərmanları və qiymətli hədiyyələr təqdim olunub.

Digər xəbərlər