PDF Oxu

Siyasət

  • 1 156

Tramp İrandan sonra Kubaya da “əl gəzdirəcək”...

image

Mətləb Salahov: “Ağ Ev Yaxın Şərqdən sonra öz qonşuluğundakı ölkələri də “təmizləməkdə” israrlıdır”
“Belə görünür ki, Donald Tramp Administrasiyası Yaxın Şərqdən sonra öz yaxın ətrafını da “təmizləməkdə” israrlıdır. Çünki İranla müharibə gedə-gedə ABŞ prezidentinin “növbəti hədəfimiz Kubadır” deməsi, artıq Ağ Evin bu kommunist ölkəsi üçün də plan hazırladığını göstərir. Açıq görünür ki, D.Tramp dünya siyasətini yenidən dizayn etmək və ABŞ-ın hegemonluğu üçün ciddi addımlar atmaqda qərarlıdır. Bu istəyin necə nəticələnəcəyini isə zaman göstərəcək”.Bu fikirləri SİA-ya açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, bu məsələdə Çin və Rusiyanın ABŞ-nin planlarına qarşı çıxmaq üçün hansı addımlar atacaqları da baş verəcək hadisələrin axarına təsir edəcək. “Hazırda D.Tramp dünya siyasətində ABŞ hegemonluğunu yaratmağa çalışır. Əlbəttə, Çin, Rusiya kimi mühüm aktorların, Avropa Birliyi kimi mühüm siyasi qüvvələrin hələ də müşahidəçi qismində olduqları proses davam edir. Məgər bu dünya gücləri ABŞ-nin dünya siyasətini təkbaşına dizayn etməsinə gözmü yumacaqlar? - qətiyyən! İrandakı müharibənin necə bitməsi Kubadakı ABŞ planlarının gələcəyini də müəyyənləşdirəcək. Əlbəttə, hər şey dünya güclərinin D.Trampın ABŞ hegemonluğu yaratmaq iddiasına necə münasibət göstərmələrindən asılı olacaq”.

Afət Tahirqızı

Digər xəbərlər