PDF Oxu

Siyasət

  • 1 514

Azərbaycan qadınının cəmiyyətdə rolu - ŞƏRH

image

Qadın cəmiyyətin ən dəyərli və müqəddəs varlıqlarından biridir. Ana kimi, müəllim kimi, həkim kimi, alim kimi və müxtəlif sahələrdə çalışan qadınlar cəmiyyətin inkişafında mühüm rol oynayırlar. Onlar ailənin dayağı, övladların ilk tərbiyəçisi və cəmiyyətin mənəvi sütunlarıdır.

Azərbaycan qadını tarix boyu öz müdrikliyi, mərdliyi və vətənpərvərliyi ilə seçilmişdir. Qadınlarımız ölkəmizin ictimai, siyasi, mədəni və elmi həyatında fəal iştirak edərək dövlətimizin inkişafına böyük töhfələr verirlər.

Azərbaycan qadınlarına daim yüksək dəyər verən Ümummilli lider Heydər Əliyev demişdir ki, “Azərbaycan qadını zəkası, sədaqəti və vətənə bağlılığı ilə həmişə seçilmişdir.” Ulu Öndər qadınların cəmiyyətdə rolunu yüksək qiymətləndirir və onların dövlət idarəçiliyində, elmdə və mədəniyyətdə fəal iştirakını daim dəstəkləyirdi’’.

Qadın zərif məxluqdur. Biz qadını sevməliyik, qadına hörmət etməliyik, qadını həmişə yüksək tutmalıyıq və qadının cəmiyyətdə rolunu daim yüksəltməliyik. Qadınlar dövlətimizin, müstəqilliyimizin, bu günümüzün dayağıdırlar”, – deyən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin qadınlar haqqında söylədiyi bu qiymətli fikirlər Azərbaycan qadınına verilən ən böyük dəyərdir.

Adı hər zaman şərəf və iftixarla çəkilən qadına Tanrı ən xoşbəxt cəhətləri bəxş etmişdir. Azərbaycan qadınının tarix salnaməsində özünəməxsus yeri vardır. Azərbaycan qadınının ruhuna, qanına Tomris ədaləti, Sara xatın siyasəti, Məhsəti döyüşkənliyi, Natəvan səxavəti və xeyirxahlığı, hopmuşdur. Azərbaycan qadını bəşəriyyətə ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, müdrik siyasi xadimlər bəxş etmişdir. Azərbaycan qadınının füsunkar gözəlliyi ülviyyət çələngi, ilahi nurdan yoğrulmuş ismət dəryasıdır.

Bu gün müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir.

Cəmiyyətimizdə qadının artan nüfuzu və hazırkı yüksək ictimai mövqeyi Azərbaycanın müasir həyatının güzgüsüdür. Müasir Azərbaycan qadını indi nəinki ictimai-siyasi həyatda, elm, təhsil, mədəniyyət, dövlət quruculuğu və hərbi sahələrdə kişilərlə bərabər çalışır, eyni zamanda dünya miqyasında xalqımızı layiqincə təmsil edir.

Emil Vəliyev

YAP Culfa rayon təşkilatının fəalı

Digər xəbərlər