“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatının inzibati binasında 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə giriş sözü ilə çıxış edən YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Möhtərəm Prezident İlham Əliyev cənabları tərəfindən böyük uğurla davam etdirilən müasir Azərbaycan cəmiyyətində qadınların rolundan, qadınlara göstərilən diqqət - qayğıdan, dövlət gender siyasətindən geniş bəhs edib. Rayon təşkilatının sədri 44 günlük Vətən müharibəsində xalqımıza Möhtəşəm Qələbəni bəxş edən qəhrəman şəhidlərimizin, igid qazilərimizin, rəşadətli əsgər və zabitlərimizin analarının da məhz, fədakar Azərbaycan qadını olduğunu xüsusi vurğulayıb.
Qazax Rayon İcra Hakimiyyəti Başçısının müavini Gülaya Həsənova, partiya veteranları Bəsti Ələkbərova, Xatın Hüseynxanova, partiya fəalları Günel Sanıyeva və Pəri İbrahimova çıxışlarında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən qadınlara göstərilən diqqət və qayğıdan, gündəlik həyatımızın bütün sahələrində qadınların aktivliyindən, həmçinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın uğurlu fəaliyyətindən, müstəsna xidmətlərindən ətraflı danışıblar.
Qazax Dövlət Sosial İqtisadi Kollecinin tələbələri şeirlə tədbir iştirakçılarını təbrik ediblər.
YAP sıralarına yeni qəbul olunmuş gənclərə partiyanın üzvlük vəsiqələri təqdim edilib.
Sonda tədbir iştirakçılarına bayram hədiyyələri verilib.