Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə “8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə keçirilən “Zəfər ruhlu analar” adlı tədbirdə şəhid anaları, mədəniyyət işçiləri, müəllim və tələbələr iştirak ediblər.
Əvvəlcə Müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin və Vətən uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxış edənlər Azərbaycan qadınının cəmiyyətdəki rolundan, xüsusilə şəhid analarının səbir, qürur və vətənpərvərlik nümunəsindən iftixarla söz açıb, həmçinin o da bildirilib ki, bizim üçün qəhrəman oğullar böyütdüyünə görə onlar hər cür ehtirama, sevgi və məhəbbətə layiqdirlər.
Tədbir çərçivəsində tələbələrin ifasında vətənpərvərlik mövzusunda şerlər səslənib və “Zəfər ruhlu analar” adlı kompozisiya təqdim edilib.
Sonda şəhid analarına təşəkkürnamələr, hədiyyələr verilib.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü