PDF Oxu

Siyasət

  • 485

Yunus Oğuzun Prezident Kitabxanasına kitab hədiyyəsi - FOTO

image

Yazıçı, publisist, türkoloq və jurnalist Yunus Oğuz Prezident Kitabxanasına 24 adda 49 nüsxə kitab hədiyyə edib. Hədiyyə edilən əsərlər müəllifin tarixi-bədii və publisistik yaradıcılığının əsas istiqamətlərini əhatə edir. Kitablarda türk xalqlarının qədim və orta əsrlər tarixi, dövlətçilik ənənələrinin formalaşması, Səfəvilər və Atabəylər dövrü, eləcə də Çingiz xan, Tamerlan, Attila və Nadir şah kimi şəxsiyyətlərin fəaliyyəti bədii süjetlər və tarixi faktlar əsasında işıqlandırılır. Müəllifin esseləri, felyetonları və pyesləri isə ictimai proseslərə, milli kimlik və tarixi yaddaş məsələlərinə həsr olunub. Nəşrlər arasında İslam tarixinin mühüm mərhələlərini əks etdirən İbn Hişamın "Məhəmməd Peyğəmbərin həyatı" çoxcildliyi də yer alır.

Kitabxana fondunun bu nəşrlərlə zənginləşdirilməsi tarix, ədəbiyyat və ictimai fikir sahəsində araşdırmalar aparan mütəxəssislər, eləcə də ali təhsil müəssisələrinin tələbələri üçün əlavə elmi mənbə imkanları yaradır. Tarixi romanlar və publisistik mətnlər müxtəlif dövrlərin hadisələrinin ardıcıl öyrənilməsinə xidmət edir, çoxcildli dini-tarixi qaynaqlar isə ilkin mənbələrlə tanışlıq baxımından xüsusi əhəmiyyət kəsb edir.

Prezident Kitabxanası dəyərli nəşrlərə görə Yunus Oğuza təşəkkürünü bildirir və bu təşəbbüsü milli ədəbi-tarixi irsin təbliğinə xidmət edən mühüm addım kimi qiymətləndirir.

Digər xəbərlər