London Ali Məhkəməsi Çaqos adalarının Mavrikiyə verilməsi ilə bağlı müqaviləyə görə Böyük Britaniya Xarici İşlər Nazirliyinə qarşı iddia qaldırmaqdan imtina edib. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. Dieqo Qarsiyada anadan olmuş Britaniya vətəndaşı Bertris Pompey də daxil olmaqla üç ərizəçi ötən il Mavriki ilə müqaviləni bloklamağa uğursuz cəhd göstərib. Onlar Xarici İşlər Nazirliyinin Çaqos arxipelaqının sakinləri ilə qanunsuz məsləhətləşmələr apardığını iddia ediblər.
London məhkəməsi iddianı ada işlərində İngiltərə məhkəmələri tərəfindən artıq rədd edilmiş arqumentlərin təkrarı adlandırıb. Ötən il Böyük Britaniya Hind okeanındakı Çaqos adaları üzərində suverenliyin Mavrikiyə verilməsi ilə bağlı razılığa gəlib. Əsas şərt Londonun ABŞ ordusu tərəfindən də istifadə edilən Dieqo Qarsiya hərbi bazası üzərində nəzarəti saxlaması idi.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp yanvar ayında Böyük Britaniyanı ötən il Çaqos arxipelaqının Hind okeanı hissəsində yerləşən Dieqo Qarsiya adasını Mavriki ada dövlətinə satmaq üçün müqavilə bağladığına görə tənqid edib. O, bundan ABŞ-ın Qrenlandiyaya sahib olmasının başqa bir səbəbi kimi istifadə edib.Böyük Britaniya hökuməti daha sonra Londonun milli təhlükəsizlik məsələlərində güzəştə getməyəcəyinə cavab verdi. Ötən ay ABŞ prezidenti Donald Trampın Böyük Britaniyanın arxipelaqla bağlı razılaşmasını yenidən tənqid etməsindən sonra Britaniya hökumətinin Çaqos adaları üzərində suverenliyin Mavrikiyə verilməsi ilə bağlı qanunvericiliyin qəbulunu təxirə salacağı bildirildi.
İlham