PDF Oxu

Siyasət

  • 1 021

ABŞ Rusiyanın konsulluğunu sıradan çıxartdı FOTO

ABŞ Rusiyanın konsulluğunu sıradan çıxartdı FOTO

ABŞ və İsrailin fars –molla rejiminin nəzarət etdiyi ərazilərə zərbələrinin miqyası genişlənməkdədir. Bombardmanlar nəticəsində dinc sakinlərdə həyatlarını itirilər. Eyni zamanda müki binalar, diplomatik korpuslarda dağıntılara məruz qalır. Bu dəfə İranın İsfahan şəhərindəki Rusiya konsulluğu ABŞ və ya İsrailin hava hücumu nəticəsində zərər görüb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "Avropa Pravdası"na istinadən məlumat verib.Zaxarovanın açıqlamasında deyilir ki, İsfahandakı Rusiya konsulluğuna 8 martda yaxınlıqdakı vilayət qubernatorunun ofisi zərbə endirilərkən ziyan dəyib.

"Ofis binasında və yaşayış mənzillərində pəncərələr sınıb, bir neçə işçi partlayış dalğasından geri yıxılıb. Xoşbəxtlikdən, heç bir itki və ya ciddi xəsarət alan olmayıb", - deyə sözçü bildirib. Zaxarova bildirib ki, "Diplomatik və konsulluq nümayəndəliklərinə edilən hücumları 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası və 1963-cü il Konsulluq Münasibətləri haqqında Vyana Konvensiyası kimi beynəlxalq hüququn fundamental sənədlərinin kobud şəkildə pozulması hesab edirik".

O əlavə edib ki, Rusiya "bütün tərəflərdən" diplomatik obyektlərin toxunulmazlığına hörmət etmələrini və "personalın təhlükəsizliyinə, həyatına və sağlamlığına hücumlardan çəkinmələrini" tələb edir və "silahlı münaqişəyə dərhal son qoyulmasına və danışıqlar masasına qayıtmağa" çağırıb.

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi zamanı Rusiyanın hava hücumları nəticəsində Ukraynadakı Azərbaycan səfirliyi zədələnib. Bu əməli əksər ölkələr və beynəlxalq təşkilatlar tərəfindən pislənilsə də Rusiya üzr istəmədi.

İlham

Digər xəbərlər