PDF Oxu

Siyasət

  • 791

Təxribatçı yürüşə icazə verilmədi FOTO

Təxribatçı yürüşə icazə verilmədi FOTO

Böyük Britaniya Daxili İşlər Nazirliyi Qüds Günü münasibətilə yürüşün qadağan edilməsi ilə bağlı Metropoliten Polisinin tələbini təsdiqləyib. Bu barədə ölkənin Metropoliten Polisinin açıqlamasında bildirilib.

Bazar günü Londonda keçirilməsi planlaşdırılan yürüş, fars-molla rejiminə rəğbət bəsləməkdə və antisemitizmdə ittiham olunan Fələstin tərəfdarı təşkilat olan İnsan Hüquqları üzrə İslam Komissiyası tərəfindən təşkil olunur. Böyük Britaniya Daxili İşlər Naziri Şabana Mahmud bildirib ki, yürüşün qadağan edilməsi Yaxın Şərqdəki müharibə fonunda əks-etirazların yaranması ehtimalını nəzərə alaraq "ciddi ictimai iğtişaşların" qarşısını almaq məqsədi daşıyır. Mahmud həmçinin təşkilatçıları qadağanı pozaraq yürüşün keçirilməsi ilə bağlı xəbərdar edib: "Əgər daimi nümayiş keçirilərsə, polis sərt şərtlər tətbiq edə biləcək. Mən dinc etiraz hüququndan istifadə etmək əvəzinə, nifrət və nifaq yayan hər kəsə qanunun tam qüvvəsinin tətbiq olunacağını gözləyirəm”.

Qeyd edə ki, 2012-ci ildən bəri ilk dəfə etiraz yürüşü qadağan edilib. Böyük Britaniyada Qüds Günü yürüşünün qadağan edilməsi çağırışları demək olar ki, hər il eşidilir. Bu çağırışlar 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə hücumundan sonra daha da güclənib.

İlham

Digər xəbərlər