Azərbaycan müasir dövrdə regionun ən mühüm enerjimərkəzlərindən biri kimi tanınır. Zəngin enerji ehtiyatlarına malik olmaqla yanaşı, ölkə həm də enerji resurslarının beynəlxalq bazarlara təhlükəsiz şəkildə çatdırılmasında etibarlı tranzit ölkəsi rolunu oynayır. Şərq ilə Qərb arasında yerləşən strateji coğrafi mövqe Azərbaycanın bu sahədə xüsusiəhəmiyyət qazanmasına səbəb olmuşdur. Bu mövqe ölkəni regionda enerji əməkdaşlığının əsas iştirakçılarından birinə çevirib.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilənenerji strategiyası nəticəsində ölkəmiz yalnız enerji ixrac edəndövlət kimi deyil, həm də enerji ehtiyatlarının etibarlı tranzitmarşrutuna sahib ölkə kimi beynəlxalq miqyasda böyük nüfuzqazanıb. Dövlət başçısı dəfələrlə çıxışlarında qeyd edib ki, Azərbaycan enerji sahəsində tərəfdaş ölkələr üçün hər zamanetibarlı və məsuliyyətli tərəfdaş olub.
Bu istiqamətdə həyata keçirilən ən böyük layihələrdən biriCənub Qaz Dəhlizi layihəsidir. Bu layihə Xəzər hövzəsində yerləşən enerji resurslarının Avropa bazarlarına çıxarılmasını təmin edən mühüm enerji dəhlizidir. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı bir sıra Avropa ölkələrinə ixracolunur və bu marşrut Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynayır. Layihə həm iqtisadi, həm də geosiyasi baxımdan böyük əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerjisiyasəti nəticəsində Azərbaycan beynəlxalq enerji layihələrinin mərkəzinə çevrilib. Ölkədə yaradılan müasir enerjiinfrastrukturu, yeni boru kəmərləri və tranzit imkanları Azərbaycanın regionda strateji mövqeyini daha da gücləndirib.Bunun nəticəsində bir çox ölkələr enerji əməkdaşlığı sahəsində Azərbaycanla tərəfdaşlıq etməyə böyük maraq göstərir.
Bununla yanaşı, Azərbaycan yalnız ənənəvi enerji resurslarının tranziti ilə kifayətlənmir. Son illərdə ölkədə bərpa olunan enerjimənbələrinin inkişafına da xüsusi diqqət yetirilir. Günəş və külək enerjisi sahəsində həyata keçirilən layihələr Azərbaycanın enerji siyasətini daha da şaxələndirir və ölkənin gələcəkdə yaşıl enerji ixrac edən dövlətlərdən birinə çevrilməsinə imkan yaradır.
Azərbaycanın enerji ehtiyatlarının etibarlı tranzit ölkəsi kimirolu həm regional, həm də qlobal enerji təhlükəsizliyindəmühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu enerji strategiyası sayəsində Azərbaycan bu sahədə öz mövqeyini daha da möhkəmləndirir və beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi tanınmağa davam edir.
YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov.