Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının 7 saylı Ərazi partiya təşkilatında "Milli maraqlara, ədalətə və humanizm prinsiplərinə əsaslanan sülh modeli" mövzusunda tədbir keçirilib. Tədbirdə YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev və partiya fəalları iştirak ediblər.
Tədbir zamanı ilk öncə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev iştirakçıları salamladıqdan sonra partiyanın keçdiyi şərəfli inkişaf yolundan, fəaliyyəti dövründə əldə etdiyi qələbələrdən, dünya çapında özünəməxsus yerə malik olmasından və gələcək inkişaf perspektivlərindən danışıb, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin xalq və dövlət qarşısındakı xidmətlərindən, fəaliyyətləri zamanı milli maraqlara və ədalətə əsaslanan siyasət yürüdərək dövlətçiliyin inkişafı və xalqın xoşbəxt həyatı üçün əhəmiyyətli işlər gördüklərindən söhbət açıb.
YAP fəalı Flora Orucova "Milli maraqlara, ədalətə və humanizm prinsiplərinə əsaslanan sülh modeli" mövzusunda məruzə ilə, Şəfa Rüstəmova və digərləri isə məruzə ətrafında çıxışlar ediblər. Bütün çıxış və nitqlərdə Prezident İlham Əliyevin düşünülmüş siyasət yürüdərək ölkəmizin beynəlxalq nüfuzunun artmasına nail olmasından, Azərbaycanın sülhpərvər missiysı ilə dünya dövlətləri sırasında özünəməxsus yer tutmasından, eyni zamanda Yeni Azərbaycan Partiyasının ictimai-siyasi proseslərdəki mühüm rolundan bəhs edilib. Sonra Ərazi partiya təşkilatlarının fəaliyyəti müzakirə olunaraq qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb, partiya üzvlərini maraqlandıran suallar cavablandırılıb. Sonda təşkilatı məsələyə baxılaraq Namazov Eldəniz Ağalar oğlu ərazi partiya təşkilatının sədr müavini seçilib. YAP rayon təşkilatının sədri Vüqar İsayev yeni seçilən şəxsi təbrik edib, qarşıda duran mühüm vəzifələrlə bağlı dəyərli tövsiyələr verərək, fəaliyyətində uğurlar arzulayıb. E. Namazov ona göstərilən yüksək etimada görə minnətdarlıq ifadə edərək, üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəyini bildirib.