Qlobal miqyasda enerji sektorunda baş verən transformasiya dövlətlərin enerji siyasətində yeni prioritetlərin formalaşmasına səbəb olur. Ənənəvi enerji resursları ilə yanaşı, bərpa olunan enerji mənbələrinin inkişafı artıq beynəlxalq gündəliyin əsas mövzularından birinə çevrilib.
Bu məsələ İlham Əliyev tərəfindən də beynəlxalq enerji toplantılarında xüsusi qeyd olunub. Prezident bildirib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının nazirlərin 12-ci iclası çərçivəsində aparılan müzakirələr yalnız qaz layihələri ilə məhdudlaşmır. Onun sözlərinə görə, Məşvərət Şurasında gündəlikdə olan əsas mövzulardan biri də yaşıl enerji məsələləridir.
Bu yanaşma göstərir ki, enerji siyasəti artıq daha geniş perspektivdə nəzərdən keçirilir. Dövlətlər enerji təhlükəsizliyi ilə yanaşı, ekoloji dayanıqlılıq və iqlim dəyişiklikləri ilə mübarizə məsələlərini də diqqət mərkəzində saxlayırlar.
Azərbaycan da bu prosesdən kənarda qalmır. Ölkə bərpa olunan enerji potensialını inkişaf etdirməklə həm daxili enerji balansını gücləndirməyi, həm də gələcəkdə alternativ enerji ixracı imkanlarını artırmağı hədəfləyir. Bu istiqamətdə beynəlxalq tərəfdaşlarla birgə layihələrin həyata keçirilməsi mühüm rol oynayır.
Enerji sahəsində yaşıl gündəliyin müzakirəsi yalnız ekoloji məsələ deyil, həm də iqtisadi və strateji əhəmiyyət daşıyır. Bu, enerji bazarının gələcək inkişaf istiqamətlərini müəyyən edən əsas amillərdən biridir.
Nəticə etibarilə, beynəlxalq enerji platformalarında yaşıl enerji mövzularının geniş şəkildə müzakirə olunması göstərir ki, dünya enerji sistemi yeni mərhələyə qədəm qoyur və bu mərhələdə bərpa olunan enerji mənbələri getdikcə daha böyük rol oynayacaq.
lkin Bağırov
YAP Babək rayon təşkilatının əməkdaşı