PDF Oxu

Siyasət

  • 1 444

"Azərbaycan humanitar dəhliz rolunu oynayır" - ŞƏRH EDİLDİ

image

"Azərbaycan coğrafi və iqtisadi baxımdan kiçik dövlət kimi görünə bilər. Lakin reallıqda Azərbaycan artıq dünyanın taleyində mühüm rol oynayan ölkələrdən birinə çevrilib".Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi şərhçi sözlərinə belə davam edib: "Bu baxımdan Cənub-Şimal və Şimal-Cənub nəqliyyat və kommunikasiya dəhlizləri arasında Azərbaycanın rolu, mövqeyi və əhəmiyyəti olduqca böyükdür.Məsələn, İran və Rusiya arasında münasibətlərdə və ya müəyyən problemlərin həllində Azərbaycan faktoru mühüm yer tutur. Belə məsələlərdə Azərbaycanın iştirakı və mövqeyi vacib hesab olunur. Mövcud şəraitdə Azərbaycanın humanitar dəhliz rolunu oynaması da bunun bariz sübutudur. Təbii ki, Rusiya vətəndaşları üçün ən uyğun çıxış yolu məhz Azərbaycan üzərindən keçən marşrut olub. Bu səbəbdən də onlar Azərbaycan ərazisindən istifadə edərək öz vətənlərinə qayıtmağa üstünlük veriblər.Məhz buna görə də Vladimir Putin Azərbaycan Prezidentinə zəng edərək təşəkkürünü bildirib. Əslində, bu addım həm də Rusiyanın Azərbaycanın regiondakı rolunu və əhəmiyyətini bir daha etiraf etməsi kimi qiymətləndirilə bilər.Ümumiyyətlə, Azərbaycan humanitar məsələlərdə heç vaxt kənarda qalmayıb. Hətta dövlətlər arasında münasibətlərin gərgin olduğu dövrlərdə belə, Azərbaycan öz humanitar siyasətindən geri çəkilməyib. Bu dəfə də eyni vəziyyət müşahidə olunur.Rusiya ilə münasibətlərdə müəyyən gərginliklər fonunda belə, Azərbaycan onların vətəndaşları üçün qapılarını açır və insanların təhlükəsiz şəkildə öz ölkələrinə qayıtmasına öz töhfəsini verir".

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər