PDF Oxu

Siyasət

  • 1 097

“Liberal demokratiyanın əsas dayağı Avropa İttifaqıdır” - Sebastian Kurts

image

“Sizin təmsil etdiyiniz model sabitliyi hüquqi normalardan və dövlətlərin suverenliyindən qaynaqlandırır. Rusiyanın modeli isə hesab edir ki, sabitlik daha çox gücdən, beynəlxalq səviyyədə tanınmadan və ətraf məkan üzərində nəzarətdən irəli gəlir. Bu səbəbdən eyni təklif ABŞ üçün dramatik, Avropa üçün şübhəli, lakin Rusiya üçün strateji baxımdan qəbul edilə bilən variant kimi görünə bilər. Hazırda apardığımız müzakirələrin əsas məğzi də budur”.SİA xəbər verir ki, bu fikirləri Avstriya Respublikasının kansleri Sebastian Kurts XIII Qlobal Bakı Forumda çıxışı zamanı səsləndirib.Sebastian Kurts vurğulayıb ki, təhlükəsizlik anlayışlarının və strateji düşüncə çərçivələrinin fərqli olması ABŞ ilə Rusiya, eləcə də Rusiya ilə Avropa arasında razılıq ehtimallarını fərqləndirir: “Bundan əlavə, beynəlxalq siyasətdə gərginliyin səviyyəsi artmaqdadır. ABŞ administrasiyası bəzi hallarda Avropa İttifaqını tənqid edir və Avropada fəaliyyət göstərən, bəzən ‘patriotik partiyalar’ adlandırılan, əslində isə anti-Avropa mövqeyinə malik siyasi qüvvələri dəstəkləyir. Maraqlıdır ki, bəzi hallarda bu partiyaları Vladimir Putin də dəstəkləyir”.Kansler qeyd edib ki, gələcəkdə liberal demokratiyanın əsas dayağı rolunu Avropa İttifaqı oynamağa davam etməlidir: “Əgər Avropa öz mövcudluğunu qorumaq istəyirsə, bu rolu davam etdirməlidir”.

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər