PDF Oxu

Siyasət

  • 235

Əməkdaşlıq yeni mərhələyə qədəm qoyur - ŞƏRH

image

2026-cı il martın 11-də Prezident İlham Əliyev ilə Avropa İttifaqı Şurasının Prezidenti António Costa arasında keçirilən görüş Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin gələcək inkişafı baxımından mühüm əhəmiyyət kəsb edib. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri çərçivəsində dövlət başçıları mətbuata bəyanatlarla çıxış edərək əməkdaşlığın əsas istiqamətlərini müzakirə ediblər.

Prezident İlham Əliyev çıxışında Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi və iqtisadi əlaqələrin son illər ərzində əhəmiyyətli dərəcədə genişləndiyini qeyd edib. Dövlət başçısı bildirib ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və tərəflər arasında enerji, nəqliyyat, ticarət və regional təhlükəsizlik sahələrində əməkdaşlıq davamlı şəkildə inkişaf edir.

“Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş kimi mühüm rol oynayır”- deyən prezident İlham Əliyev bildirib ki, ölkənin enerji resursları və xüsusilə də Cənub Qaz Dəhlizi layihəsi Avropa bazarlarının enerji mənbələrinin şaxələndirilməsinə ciddi töhfə verir.

Dövlət başçısı həmçinin qeyd edib ki, Azərbaycan regionda sülh və sabitliyin təmin olunmasına böyük önəm verir. Prezident İlham Əliyev regionda davamlı sülhün qurulması üçün aparılan proseslər barədə məlumat verərək Azərbaycanın konstruktiv mövqeyini diqqətə çatdırıb.

Ölkə başçısı vurğulayıb ki, Avropa İttifaqı ilə münasibətlərin gələcəkdə daha da dərinləşdirilməsi Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərdən biridir. Bu əməkdaşlıq yalnız enerji sahəsini deyil, həm də yaşıl enerji, rəqəmsal iqtisadiyyat, nəqliyyat dəhlizləri və investisiya layihələrini əhatə edir.

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Digər xəbərlər