PDF Oxu

Siyasət

  • 1 093

“Bu forum beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm platformadır” -Vu Hongbo

image

“Müasir beynəlxalq münasibətlər sistemində qlobal təşəbbüslərin irəli sürülməsi dünya siyasətinin əsas istiqamətlərindən biri kimi qiymətləndirilir. Bu kontekstdə Çin rəhbərliyi tərəfindən Qlobal İnkişaf Təşəbbüsü, Qlobal Təhlükəsizlik Təşəbbüsü və Qlobal Sivilizasiya Təşəbbüsü irəli sürülmüşdür”.SİA xəbər verir ki, bu fikirləri Çin Hökumətinin Avropa İşləri üzrə Xüsusi Nümayəndəsi Vu Hongbo Qlobal Bakı Forumda çıxışı zamanı səsləndirib.O bildirib ki, bu təşəbbüslər beynəlxalq əməkdaşlığın gücləndirilməsi və qlobal problemlərin həlli istiqamətində mühüm platforma kimi təqdim olunur. Sözügedən yanaşma çərçivəsində GCI protokolu da qlobal səviyyədə qarşılıqlı əməkdaşlığın təşviqinə xidmət edən mexanizmlərdən biri kimi dəyərləndirilir. Xüsusilə ötən ilin mart ayında Birləşmiş Millətlər Təşkilatında müzakirə olunan məsələlər bu təşəbbüslərin aktuallığını və beynəlxalq gündəlikdəki əhəmiyyətini bir daha göstərmişdir.Bu ideoloji yanaşmanın əsas elementlərindən biri suveren bərabərlik prinsipidir. Bu prinsipə görə dövlətlər iqtisadi gücündən, ərazi ölçüsündən və ya inkişaf səviyyəsindən asılı olmayaraq beynəlxalq hüquq baxımından bərabər hesab olunurlar. Başqa sözlə, istər böyük və inkişaf etmiş, istərsə də kiçik və inkişaf etməkdə olan dövlətlər eyni hüquq və suverenliyə malikdirlər”.
Müəllif: Günay Hacıyeva

Digər xəbərlər