2026-cı il martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana rəsmi səfəri zamanı Prezident İlham Əliyev geniş bəyanat verib. Bu səfər iki tərəf arasında siyasi, iqtisadi və mədəni əlaqələrin möhkəmləndirilməsi baxımından önəmli əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev bəyanatında Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının genişləndirilməsinin ölkəmizin strateji prioritetlərindən biri olduğunu vurğulayıb. Prezident qeyd edib ki, Azərbaycan Avropa İttifaqı ilə ticarət və enerji sahələrində əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi önəm verir. Dövlətimizin xarici siyasətinin əsas istiqamətlərindən biri enerji təhlükəsizliyinin təmin olunmasıdır və bu istiqamətdə Avropa ilə əməkdaşlıq davamlı olaraq genişlənir.Prezident İlham Əliyev həmçinin Avropa İttifaqı ilə iqtisadi əlaqələrin gücləndirilməsi üçün yeni imkanların olduğunu, bunun hər iki tərəf üçün faydalı olacağını qeyd edib.
Prezident vurğulayıb ki, bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan qazı qəbul edir və ölkələrin ümumi sayı 16-ya çatıb. Bu göstəriciyə görə biz dünyada boru kəməri ilə qazı təchiz edən bir nömrəli ölkəyik. On altı ölkə bu gün Azərbaycan qazını alır və beləliklə, bir çox ölkələrin enerji təhlükəsizliyində oynadığımız rol artır. Bizim üçün Avropa bazarı artım potensialına malik ümumi qaz ixracımızın yarısını təşkil edir. Elə bu ayın əvvəlində, biz Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik toplantısını keçirdik və bu tədbirə Azərbaycan və Avropa Komissiyası ev sahibliyi edir. Orada öz nitqimdə mən auditoriyanı məlumatlandırdım ki, biz bu il qaz hasilatını artırmağı planlaşdırırıq. Biz qazı yeni yataqda hasil etməyə başlayacağıq. Bu gündən etibarən növbəti iki və ya üç il ərzində, - əgər hər şey cədvələ uyğun gedərsə, - bizim bugünkü həcmlə müqayisədə minimum 10 milyard kubmetr əlavə qazımız olacaq. Enerji sahəsində əməkdaşlığımızın digər istiqaməti bərpaolunan enerji ilə bağlıdır ki, onun da böyük potensialı var. Biz külək, Günəş və su elektrik enerjisinə böyük sərmayələr yatırırıq. Planımız beş və ya altı il ərzində ixraca hazır olan 6-8 giqavatlıq bərpaolunan enerjiyə malik olmaqdır. Bir sözlə, hazırda biz Avropa tərəfdaşları ilə ötürülmə xətləri, dəniz dibi kabelləri, enerji infrastrukturunun digər fərqli hissələri üzərində çalışırıq.
Səfər zamanı mədəniyyət və təhsil sahəsində də əməkdaşlıq məsələləri müzakirə olunub. Prezident İlham Əliyev Azərbaycanın mədəni irsinin qorunması və beynəlxalq səviyyədə tanıdılması sahəsində Avropa İttifaqı ilə birgə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb. Həmçinin, təhsil sahəsində qarşılıqlı proqramların və tələbə mübadiləsinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Bəyanatda həmçinin regionda sülh və sabitliyin qorunmasının önəmi qeyd olunub. Prezident İlham Əliyev Azərbaycanın BMT və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində regionda sülhün təmin olunmasına xüsusi töhfə verdiyini diqqətə çatdırıb. Avropa İttifaqının bu prosesdə rolunun önəmli olduğu və tərəflərin birgə səylərlə təhlükəsizliyi daha da möhkəmləndirə biləcəyi vurğulanıb. Nəticə etibarilə, Prezident İlham Əliyevin verdiyi bəyanat Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərini daha da inkişaf etdirmək, iqtisadi, enerji, mədəni və təhsil sahələrində əməkdaşlığı genişləndirmək istiqamətindəki əzmini və strateji baxışını nümayiş etdirir. Bu səfər həm də iki tərəf arasında qarşılıqlı anlaşma və etimadın möhkəmlənməsinə xidmət edən mühüm diplomatik addım kimi qiymətləndirilir.
Hacı Məmmədov
YAP Kəngərli rayon təşkilatının fəalı