Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz regionu tarixboyu geosiyasi maraqların kəsişdiyi strateji məkan olub. Müxtəlif siyasi, iqtisadi və hərbi maraqların toqquşduğu bubölgədə sabitliyin qorunması yalnız bir dövlətin deyil, bütövlükdə regionun gələcək inkişafı üçün həyatiəhəmiyyət daşıyır.Regional təhlükəsizlik məsələsinin Azərbaycan üçünprioritet istiqamətə çevrilməsi Ulu Öndər Heydər Əliyevinhəyata keçirdiyi uzaqgörən dövlət siyasətinin nəticəsidir. 1990-cı illərin əvvəllərində ölkə ciddi siyasi və hərbitəhdidlərlə üz-üzə qalmışdı. Ermənistanın Azərbaycanaqarşı hərbi təcavüzü, regionda yaranmış qeyri-sabitlik vəbeynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklərölkənin təhlükəsizlik siyasətinin gücləndirilməsini zəruriedirdi. Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdansonra Azərbaycanın təhlükəsizlik strategiyasını sistemlişəkildə formalaşdırdı. Ordu quruculuğu, beynəlxalqtərəfdaşlıqların genişləndirilməsi, enerji layihələrininhəyata keçirilməsi və balanslaşdırılmış xarici siyasət xəttibu strategiyanın əsas sütunlarını təşkil etdi. Məhz həmindövrdə əsası qoyulan “Əsrin müqaviləsi” və digərbeynəlxalq enerji layihələri Azərbaycanın regiondageosiyasi əhəmiyyətini artırdı. Bununla yanaşı, ölkənintəhlükəsizliyi yalnız hərbi güc vasitəsilə deyil, iqtisadi vəsiyasi əməkdaşlıq mexanizmləri ilə dəmöhkəmləndirildi.Ulu Öndərinmüəyyən etdiyi strateji kurs Prezident İlham Əliyevinrəhbərliyi ilə uğurla davam etdirilir. Son illərdəAzərbaycanın hərbi gücünün əhəmiyyətli dərəcədəartırılması, müasir texnologiyalarla təchiz olunmuş güclüordunun formalaşdırılması ölkənin təhlükəsizlik sistemininəsas dayaqlarından birinə çevrilib. Azərbaycan Ordusunun2020-ci ildə Vətən müharibəsində qazandığı tarixi Qələbəölkənin hərbi və siyasi gücünün parlaq göstəricisi oldu. 30 ilə yaxın davam edən işğala son qoyulması regionda yenisiyasi reallıqlar yaratdı və Cənubi Qafqazda təhlükəsizlikarxitekturasının formalaşmasında Azərbaycanın aparıcırolunu daha da möhkəmləndirdi.Bu günAzərbaycan yalnız öz təhlükəsizliyini təmin edən dövlətdeyil, eyni zamanda regionda sülh və sabitliyin təminolunmasına töhfə verən əsas aktorlardan biridir. Azərbaycan rəhbərliyi daim bölgədə uzunmüddətli sülhünvə əməkdaşlığın qurulması istiqamətində təşəbbüslərləçıxış edir. Regional təhlükəsizlik yalnız hərbi və siyasifaktorlarla məhdudlaşmır. Enerji təhlükəsizliyi də buməsələnin mühüm tərkib hissəsidir. Azərbaycan busahədə də regionun əsas strateji tərəfdaşlarından biri kimiçıxış edir. Bu gün Azərbaycan qazı Avropa enerjibazarında mühüm rol oynayır. Cənub Qaz Dəhlizi kimiqlobal enerji layihələri sayəsində Azərbaycan bir çoxAvropa ölkələrinin enerji təhlükəsizliyinə töhfə verir. Azərbaycanın etibarlı tərəfdaş kimi formalaşması regiondasabitliyin möhkəmlənməsinə də mühüm təsir göstərir.Enerji diplomatiyası Azərbaycanın beynəlxalq mövqelərinigücləndirməklə yanaşı, region dövlətləri arasında iqtisadiəməkdaşlığın inkişafına da şərait yaradır.
Azərbaycan regionda sabitliyin təmin olunmasınıyalnız güc balansı ilə deyil, eyni zamanda əməkdaşlıq vəqarşılıqlı faydalı layihələrlə təmin etməyə çalışır. Nəqliyyatdəhlizlərinin inkişafı, beynəlxalq logistik layihələr vəiqtisadi inteqrasiya təşəbbüsləri region dövlətlərinin bir-biriilə daha sıx əməkdaşlıq etməsinə imkan yaradır. XüsusiləŞərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləriAzərbaycanın regiondakı strateji rolunu daha da artırır. Bu layihələr yalnız iqtisadi deyil, həm də siyasi sabitlik üçünmühüm amillərdənbiridir.Bu gün Azərbaycan regionun ən sabit və güclü dövlətlərindənbiri kimi tanınır. Güclü iqtisadiyyat, müasir ordu, müstəqilxarici siyasət və beynəlxalq əməkdaşlıqlar ölkənin regional liderlik mövqeyini daha da möhkəmləndirib. Prezidentİlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycanregionda sülhün, təhlükəsizliyin və inkişafın tərəfdarıdır. Ölkəmizin həyata keçirdiyi layihələr və təşəbbüslər yalnızmilli maraqlara xidmət etmir, eyni zamanda regionunümumi rifahına və sabitliyinə töhfə verir. Bütün bunlargöstərir ki, regional təhlükəsizlik Azərbaycan üçün yalnızsiyasi prioritet deyil, həm də dövlətin strateji inkişafkonsepsiyasının əsas istiqamətlərindən biridir. Ulu ÖndərHeydər Əliyevin müəyyən etdiyi təhlükəsizlik strategiyasıPrezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilərək yeni mərhələyə qədəmqoyub.Bu gün Azərbaycan regiondasabitliyin qorunması, əməkdaşlığın inkişafı və təhlükəsizlikmühitinin möhkəmləndirilməsi istiqamətində fəal roloynayan güclü dövlət kimi çıxış edir. Regional təhlükəsizliksiyasəti isə ölkəmizin gələcək inkişafının və millimaraqlarının təmin olunmasının əsas təminatlarından biriolaraq qalır.
YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov.