Azərbaycan son illərdə enerji sahəsində həyata keçirdiyi uğurlusiyasət nəticəsində Avropa üçün mühüm tərəfdaşlardan birinəçevrilmişdir. Bu gün artıq Avropa İttifaqı-nın 10 üzv dövləti Azərbaycandan təbii qaz alır. Bu fakt ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu bir daha göstərir.
Bu uğurların əsas memarlarından biri isə ölkə rəhbərliyi vəuzaqgörən enerji strategiyasıdır. Prezident İlham Əliyevinrəhbərliyi ilə Azərbaycan enerji sahəsində böyük layihələrhəyata keçirmiş, beynəlxalq tərəfdaşlarla etibarlı əməkdaşlıqqurmuşdur. Cənab Prezident İlham Əliyevin müəyyən etdiyistrateji kurs nəticəsində Azərbaycan qazı artıq Avropa bazarında mühüm yer tutur.
Azərbaycan qazının Avropaya nəqli əsasən Cənub Qaz Dəhlizivasitəsilə həyata keçirilir. Bu layihə Xəzər dənizindəki enerjiehtiyatlarının dünya bazarına çıxarılmasında mühüm rol oynayır. Layihənin əsas hissələrindən biri olan Trans-Adriatik Qaz BoruKəməri isə Azərbaycan qazının birbaşa Avropa ölkələrinə çatdırılmasını təmin edir. Bu infrastruktur Avropa ölkələrinin enerji mənbələrinin şaxələndirilməsinə böyük töhfə verir.
Cənab Prezident İlham Əliyev dəfələrlə çıxışlarında vurğulamışdır ki, Azərbaycan Avropa üçün etibarlı və məsuliyyətli enerji tərəfdaşıdır. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən enerji siyasəti yalnız iqtisadi inkişafı deyil, həm də beynəlxalq əməkdaşlığın möhkəmlənməsini təmin edir. Azərbaycanın qaz ixracının genişlənməsi həm ölkə iqtisadiyyatının güclənməsinə, həm də Avropa ölkələrinin enerjitəhlükəsizliyinə xidmət edir.
Bu gün Azərbaycanın enerji siyasəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji layihələr sayəsində Azərbaycan qlobal enerji bazarında öz mövqeyini daha dagücləndirmişdir. Hazırda Avropa İttifaqının 10 üzv dövlətinin Azərbaycan qazından istifadə etməsi isə bu siyasətin uğurlunəticələrindən biri kimi qiymətləndirilir.
Gələcək illərdə də Azərbaycanın enerji ixrac imkanlarının genişlənəcəyi və Avropa ilə əməkdaşlığın daha da inkişafedəcəyi gözlənilir. Bu isə ölkəmizin beynəlxalq enerjitəhlükəsizliyində rolunun daha da artacağını göstərir.
YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov.