Bu gün-17.03.2026-cı il tarixdə Gədəbəy Rayon İcra Hakimiyətinin və YAP Gədəbəy rayon təşkilatının birgə təşkilatçılığı ilə rayonun Heydər Əliyev Parkında Novruz bayramı tədbiri qeyd edilmiş, bayram tədbirində tonqal alovlandırılıb, müxtəlif milli oyunlar, Novruz adətləri, milli xörəklər, şirniyyatlar nümayiş olundu.Bayramsayağı bəzədilmiş meydanda rayonun incəsənət ustaları rəngarəng konsert proqramı ilə çıxış etdilər. Xüsus ilə Dədə Qorqudun və Bahar qızın çıxışları, Kosa və Keçəlin duzlu və məzəli zarafatları tədbir iştirakçılarında xoş ovqat yaratdı. Əziz sakinlərimiz və rayonumuzun qonaqları sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, ən xoş arzularımızı çatdırırıq.
Bayramınız mübarək olsun!