Dünya siyasətində baş verən dəyişikliklər fonunda təşkil olunan XIII Qlobal Bakı Forumu beynəlxalq ictimaiyyətin diqqətini cəlb edən mühüm tədbirlərdən biridir. “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusu ətrafında keçirilən forumda Prezident İlham Əliyevin çıxışı Azərbaycanın qlobal siyasətdə tutduğu mövqeni bir daha nümayiş etdirdi.
Dövlət başçısı çıxışında Azərbaycanın son illərdə regionda formalaşdırdığı yeni siyasi reallıqlardan bəhs etdi. Öz ərazi bütövlüyünü təmin edən Azərbaycan Ermənistanla münasibətlərin normallaşması istiqamətində ardıcıl addımlar atır. 2025-ci ildə sülh sazişinin paraflanması Cənubi Qafqazda sabitliyin möhkəmlənməsi üçün mühüm siyasi hadisə kimi qiymətləndirilir.
Enerji təhlükəsizliyi məsələsi də Prezidentin çıxışında xüsusi yer tutdu. Azərbaycan boru kəmərləri vasitəsilə qaz ixrac etdiyi ölkələrin geniş coğrafiyasına görə dünyada ön sıralarda qərarlaşıb. Bu, ölkənin beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi tanınmasının göstəricisidir.
Bütün bunlar onu göstərir ki, Azərbaycan qlobal siyasətdə yalnız iştirakçı deyil, eyni zamanda proseslərə təsir edən aktorlardan biridir.
Türknaə Kərimova
YAP Babək rayon təşkilatının əməkdaşı