Lənkəranda Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatında Novruz bayramı münasibətilə tədbir keçirilib.Tədbirdə Lənkəran Ağsaqqallar Şurasının sədri Eldar Hüseynov, Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının əməkdaşları, partiya fəalları, Lənkəran Dövlət Universitetinin, Sosial-Aqrar Texnologiya Kollecinin və Lənkəran Tibb Kollecin gəncləri iştirak ediblər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev iştirakçıları salamlayaraq Novruz bayramı münasibətilə təbriklərini çatdırıb. O qeyd edib ki, Novruz bayramı xalqımızın milli-mənəvi dəyərlərini özündə əks etdirən, birlik, həmrəylik və yenilənmə rəmzi olan müqəddəs bayramdır.
Daha sonra çıxış edən digər natiqlər də Novruz bayramının cəmiyyətimizdə xüsusi yerə malik olduğunu vurğulayaraq, bu əziz günlərin insanlar arasında dostluq, qardaşlıq və həmrəyliyin daha da möhkəmlənməsinə xidmət etdiyini bildiriblər.
Çıxışlarda qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu uğurlu gənclər siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmiz dinamik inkişaf yolunda inamla irəliləyir.
Sonda Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının ictimai-siyasi həyatında fəallığı ilə seçilən bir qrup partiya fəalına qiymətli hədiyyələr təqdim olunub, YAP sıralarına yeni qəbul olunmuş gənclərə partiya üzvlük vəsiqələri verilib.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.