Yurdumuza Novruz gəlir. Hər ürəkdə yeri olan bu əziz, müqəddəs bayramın gəlişinə sevinən insanlar qışın ağrı-acısından qurtulmaq üçün şənliklər, bir-birindən rəngarəng tədbirlər təşkil edirlər. Odlar yurdunun hər yerində olduğu kimi, cənub mirvarisi Lənkəranda da ötən günlərin öz əhval-ruhiyyəsi olur. Xoş ovqatlı, eyni zamanda xalqın milli ənənələrini qoruyub saxlanması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edən tədbirlərdən biri də Lənkəranda Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatında baş tutdu.
Novruz bayramı münasibətilə keçirilən tədbirdə Lənkəran Ağsaqqallar Şurasının sədri Eldar Hüseynov, Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının əməkdaşları, partiya fəalları, Lənkəran Dövlət Universitetinin, Sosial-Aqrar Texnologiya Kollecinin və Lənkəran Tibb Kollecin gəncləri iştirak edirdilər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı . Azərbaycan Respublikasının Dövlət Himnin səsləri altında başlanan tədbiri giriş sözü ilə açan YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev iştirakçıları salamladı və Novruz bayramı münasibətilə təbriklərini onlara çatdırdı. Onu da bildirdi ki, Novruz bayramı xalqımızın milli-mənəvi dəyərlərini özündə əks etdirən, birlik, həmrəylik və yenilənmə rəmzi olan müqəddəs bayramdır.
Daha sonra çıxış edən digər natiqlər vurğuladılar ki, Novruz bayramının cəmiyyətimizdə xüsusi yerə vardır. Bu əziz günlər insanlar arasında dostluq, qardaşlıq və həmrəylik yaradır.
Həmçinin o da qeyd olundu ki, Azərbaycan xalqının dahi oğlu, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu uğurlu gənclər siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmiz dinamik inkişaf yolunda inamla irəliləyir.
Sonda Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının ictimai-siyasi həyatında işgüzarlıq nümunəsini göstərən bir qrup partiya fəalına qiymətli hədiyyələr təqdim edildi , YAP sıralarına yeni qəbul olunmuş gənclərə partiya üzvlük vəsiqələri verildi.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü