PDF Oxu

Siyasət

  • 681

Yasamalda ağacəkmə aksiyası keçirilib FOTOLAR

image

Yasamal rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yasamal Rayon İcra Hakimiyyəti, YAP Yasamal rayon təşkilatı və Yasamal bələdiyyəsinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib. Aksiyada Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov, Yasamal rayon Məmzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Vüsal Hüseynov, Yasamal Rayon İcra Hakimiyyəti, YAP Yasamal rayon təşkilatı, Yasamal bələdiyyəsi, Yasamal rayon Məmzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları iştirak edib.

Aksiya çərçivəsində ərazidə çoxlu sayda ağac əkilib. Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib. Keçirilən aksiya ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına töhfə vermək məqsədi daşıyır. Eyni zamanda ictimaiyyət, xüsusilə də gənclər arasında təbiətə qayğı və ekoloji məsuliyyət hissini gücləndirməkdir.

Digər xəbərlər