PDF Oxu

Siyasət

  • 769

YAP Ağstafa rayon təşkilatında görüş keçirilib FOTOLAR

image

18 mart 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının inzibati binasında partiya veteranlarının iştirakı ilə dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev qeyd edib ki, partiya veteranlarına diqqət və qayğı göstərilməsi, onları narahat edən problemlərin həlli partiya rəhbərliyinin hər zaman böyük həssaslıqla yanaşdığı və xüsusi diqqət mərkəzində saxladığı məsələdir. Etibar Hacıyev partiya veteranları ilə söhbət edib, onların arzu və istəklərini dinləyib.

Tədbirdə həmçinin YAP Ağstafa rayon təşkilatının ictimai-siyasi həyatında fəallıqlarına görə və yubileyləri münasibətilə bir qrup partiya veteranları Fəxri Fərmanlarla, xatirə hədiyyələri ilə təltif olunublar.

Veteran partiyaçılar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş Yeni Azərbaycan Partiyası sıralarında olmaqdan qürur duyduqlarını söyləyiblər.

Sonda xatirə şəkli çəkdirilib.

Digər xəbərlər