Milli Təhlükəsizlik Xidmətinin Prezident ailəsini şantaj edənlərlə bağlı yaydığı videodakı səs yazıları, xaricdə oturub özlərini bloqer adlandıranların müstəqil şəkildə fəaliyyət göstərmədiyini bir daha təsdiq edir”.Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib.Onun sözlərinə görə, hər hansı bir bloqerin belə məlumatlara əl çatanlığı olmur və ya feyk videoları peşəkar şəkildə hazırlaya bilməz. Burada xüsusi bir şəbəkə işləyir. Həmin şəbəkə saxta məlumatlar və videolar hazırlayır, müəyyən çərçivədə tapşırıqlar verir və Prezident ailəsinə qarayaxma etməklə ölkədə ictimai-siyasi gərginliyi yaratmağa çalışır. Bunun da kökündə əsaslı səbəblər var.Azərbaycan dövləti öz ərazilərini işğaldan azad edərək regiona davamlı sülh və əməkdaşlıq gətirir. Sağımızda və solumuzda müharibələr gedir, amma Azərbaycanda sabitlik adası olaraq inkişaf hökum sürür. Həm də müstəqil sözümüzü deyirik və aparılan siyasətdə xalqın milli maraqları ifadə olunur. Amma bəzi dairələr Azərbaycana kimi balaca və enerji resurslarına malik ölkələri asılı vəziyyətdə olmasına, xalqın milli sərvətlərinə özlərinin sahib çıxmasına öyrəşiblər.Bu baxımdan qısa olaraq qeyd edə bilərik ki, Azərbaycanın qələbəsi, sabitliyi, inkişafı, yaratdığı reallıqları, öz mövqeyini dəyişməməsi və sözünü açıq deməsini qəbul etməyən dairələr var. Onlar ölkə daxilində beşinci kolonlar vasitəsilə məqsədlərinə nail ola bilmədiklərindən, növbəti planlarını xaricdə sığınan, bloqer adlandırılan şəxslər və sapı özümüzdən olan balta misalında davam etdirirlər.Təbii ki, onların fəaliyyətləri də ifşa olunur və zaman gələndə hamısı qanunlarımız qarşısında cavab verəcək. Ölkədəki xalq-iqtidar birliyini heç kim poza bilməz, çünki xalqımızın gözü açıqdır və dünyada baş verən prosesləri, başımıza gətirilən faciələri və bu günün bizə qazandırdığı nailiyyətləri yaxşı seçə bilir. Cinayətkarlar isə gec-tez cəzalanacaqlar”
Müəllif: Günay Hacıyeva