Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatı tərəfindən partiyanın veteran üzvlərindən olan, Sündü kənd sakini, İzayətdin Pənahovun 85 illik yubileyi münasibətilə onunla evində görüş keçirilib.
Görüşdə "Sündü" ərazi partiya təşkilatının sədri (RİHB -nın Sündü İƏD üzrə nümayəndəsi) Fədai Balaqardaşov , "Heydər Əliyev Prospekti 313" (Rayon Statistika İdarəsi) ərazi partiya təşkilatının sədri Şəhriyar Qayıbov və yubilyarın yaxınları iştirak etmişlər.
YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov İzayətdin Pənahovla söhbətində qeyd etmişdir ki, yubilyar uzun illər Rayon Statistika İdarəsinin rəis müavini vəzifəsində çalışmışdır.
Qasım Qasımov daha sonra yubilyarı təbrik edərək, ona möhkəm can sağlığı, uzun ömür, səadət dolu günlər arzulamışdır.
Görüşün sonunda partiya veteranı İzayətdin Pənahova rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına və 85 illik yubileyi münasibətilə Fəxri Fərman və xatirə hədiyyəsi təqdim edilmişdir.
İzayətdin Pənahov göstərilən diqqət və qayğıya görə Prezident,Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə və çox hörmətli Mehriban xanım Əliyevaya təşəkkürünü bildirmiş,Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş Yeni Azərbaycan Partiyası sıralarında olmaqdan qürur duyduğunu söyləmişdir.
Yubiliyarla xatirə şəkilləri çəkilmişdir.