AMEA-nın Tarix və Etnologiya İnstitutunun, Folklor İnstitutunun və AMEA Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, elmi müəssisələrin və təşkilatların rəhbərləri, ictimai xadimlər, AMEA Azad Həmkarlar İttifaqı aparatının əməkdaşları, ilk təşkilat sədrləri iştirak ediblər.
Konfransı giriş nitqi ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli iştirakçıları İlaxır çərşənbə və Novruz bayramı münasibətilə təbrik edərək bildirib ki, Novruz Azərbaycan xalqının milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşadan, cəmiyyətdə birlik və həmrəyliyi möhkəmləndirən mühüm bayramdır. O vurğulayıb ki, bu bayram təkcə Azərbaycanın deyil, bütövlükdə türk dünyasının ortaq mədəni irsidir və xalqlar arasında mənəvi bağların güclənməsində mühüm rol oynayır. Akademik qeyd edib ki, Novruzun dövlət səviyyəsində qeyd olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır və bu ənənə bu gün də uğurla davam etdirilir. Həmçinin Prezident İlham Əliyevin milli dəyərlərin qorunması və təbliği istiqamətində həyata keçirdiyi siyasətin əhəmiyyəti tədbir iştirakçılarının diqqətinə çatdırılıb..
Daha sonra Tarix və Etnologiya İnstitutunun “Türk xalqlarının tarixi və etnologiyası” şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Güllü Yoloğlu, Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev, Tarix və Etnologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhmən Əliyev məruzələrində Novruz ənənələrinin dövlətçilik və milli yaddaş kontekstində rolunu diqqətə çatdırıblar. Onlar qeyd ediblər ki, Novruz bayramı tarix boyu xalqın mənəvi birliyinin möhkəmləndirilməsində, milli kimliyin qorunmasında mühüm vasitə kimi çıxış edib və bu gün də həmin funksiyanı davam etdirir.
Konfrans çərçivəsində türk xalqlarının ortaq tarixi, etno-mədəni irsi və folklor ənənələri geniş müzakirə olunub, tədbir bölmə iclasları ilə davam etdirilib.
Sonda AMEA AHİ-nin dəstəyi ilə Novruz tonqalı qalanmış, iştirakçılar bayram əhvali-ruhiyyəsini bölüşmüşlər.
AMEA-da Novruz bayramına həsr olunmuş “Bizim ailəmiz Türk dünyasıdır” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
AMEA-nın Tarix və Etnologiya İnstitutu, Folklor İnstitutunun və AMEA Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə AMEA-nın Prezidenti,Akademik İsa Həbibbəyli, elmi nümayəndə və təşkilatın rəhbərləri, ictimai xadimlər, AMEA Azad Həmkarlar İttifaqı aparatının əməkdaşları, ilk təşkilat sədrləri iştirak ediblər.
Konfransı giriş nitqi ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli iştirakçıları İlaxır çərşənbə və Novruz bayramı münasibətilə təbrik edərək bildirib ki, Novruz Azərbaycan xalqının milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşadan, cəmiyyətdə birlik və həmrəyliyi möhkəmləndirən mühüm bayramdır. O vurğulayıb ki, bu bayram təkcə Azərbaycanın deyil, bütövlükdə türk dünyasının ortaq mədəni irsidir və xalqlar arasında mənəvi bağların güclənməsində mühüm rol oynayır. Akademik qeyd edib ki, Novruzun dövlət səviyyəsində qeyd olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır və bu ənənə bu gün də uğurla davam etdirilir. Həmçinin Prezident İlham Əliyevin milli dəyərlərin qorunması və təbliği istiqamətində həyata keçirdiyi siyasətin əhəmiyyətini diqqətə çatdırıb.
Daha sonra Tarix və Etnologiya İnstitutunun “Türk xalqlarının tarixi və etnologiyası” şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Güllü Yoloğlu,Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev, Tarix və Etnologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhmən Əliyev məruzəsində Novruz ənənələrinin dövlətçilik və milli yaddaş kontekstində rolunu diqqətə çatdırıb. O qeyd edib ki, Novruz bayramı tarix boyu xalqın sosial birliyinin möhkəmləndirilməsində, milli kimliyin qorunmasında mühüm vasitə kimi çıxış edib və bu gün də həmin funksiyanı davam etdirir.
Konfrans çərçivəsində türk xalqlarının ortaq tarixi, etno-mədəni irsi və folklor ənənələri geniş müzakirə olunub, tədbir bölmə iclasları ilə davam etdirilib.
Sonda AMEA AHİ-nin dəstəyi ilə Novruz tonqalı qalanmış iştirakçılar bayram əhvali-ruhiyyəsini bölüşmüşlər.