Brüsseldə keçirilən Aİ liderlərinin zirvə toplantısında Lüksemburqun Baş naziri Lük Friden bir ölkənin qərarlarını bloklaması və razılaşmaqdan imtina etməsi halında belə, Aİ-nin qərarları ilə irəliləyə biləcəyinə inandığını bildirib. Bu barədə "Avropa Pravda" nəşri məlumat yayıb. O inamını ifadə edərək, qeyd edib ki, 26 üzvlə, kimsə bizi bloklasa belə, həmişə irəliləyə bilərik. Keçmişdə etdiyimiz budur və biz maneə törədən amillərə deyil, güclü tərəflərimizə diqqət yetirməliyik. O, əlavə edib ki, Avropa sabitliyi və sülhü dəstəkləməyə hazırdır və Ukraynanı dəstəkləməyə davam edəcək: “Prezident Zelenskinin zirvə görüşü zamanı çıxışını səbirsizliklə gözləyirəm. Onların maliyyə, hərbi və humanitar yardıma ehtiyacı var və biz onları unutmayacağıq. Ümid edirəm ki, biz bunu müzakirə edəcəyik və əlbəttə ki, bu müddət ərzində Ukraynanı dəstəkləyə bilərik. Bu, tezliklə həll olunacaq məsələdir”.
İlham