PDF Oxu

Siyasət

  • 1 188

Türkiyə istədi, əməliyyatlar dayandırıldı!

image

Pakistan yaxınlaşan Ramazan bayramı və Səudiyyə Ərəbistanı, Qətər və Türkiyənin tələbi ilə Əfqanıstana qarşı hərbi əməliyyatları müvəqqəti olaraq dayandırdığını açıqlayıb.SİA xarici KİV-ə istinadən xəbər verir ki, Pakistanın informasiya naziri Attaullah Tarar ABŞ mərkəzli X platformasındakı hesabında bununla bağlı paylaşım edib.Tarar bildirib ki, Pakistan yaxınlaşan Ramazan bayramı və adı çəkilən ölkələrin müraciəti əsasında Əfqanıstana qarşı əməliyyatları müvəqqəti dayandırıb. Onun sözlərinə görə, bu fasilə martın 18-dən 19-na keçən gecə yarısından başlayaraq martın 23-dən 24-nə keçən gecə yarısına qədər davam edəcək. Əgər Pakistan ərazisində hər hansı hücum və ya terror hadisəsi baş verərsə, əməliyyatlar yenidən bərpa olunacaq.Əfqanıstan rəhbərliyinin sözçüsü Zabihullah Mücahid də X üzərindən paylaşım edərək ölkəsinin də əməliyyatları müvəqqəti dayandırdığını açıqlayıb.Mücahid qeyd edib: “Bu qərar, Səudiyyə Ərəbistanı, Türkiyə və Qətər daxil olmaqla qardaş vasitəçi İslam ölkələrinin çağırışlarına cavab olaraq qəbul edilib. Əfqanıstan bu dost ölkələrin xoş niyyətli və konstruktiv səylərinə görə minnətdardır.” O, həmçinin vurğulayıb ki, ölkəyə qarşı hər hansı təhdid olarsa, buna “qətiyyətlə” cavab veriləcək.Qeyd edək ki, Pakistan fevralın 22-də son dövrdə ölkədə Pakistan Talibanı (TTP) tərəfindən törədildiyini bildirdiyi partlayışlara cavab olaraq Əfqanıstanla sərhəd boyunca “terror düşərgəsi” adlandırdığı 7 nöqtəyə zərbələr endirmişdi.Əfqanıstan isə fevralın 26-da sərhəd boyunca İslamabada məxsus hərbi obyektlərə hücumlar həyata keçirmişdi. Pakistan bu hücumlara cavab olaraq Kabil və sərhəd bölgələrində bəzi hədəfləri vurmağa başlamışdı.Pakistan və Əfqanıstan 2025-ci ilin oktyabrında da oxşar gərginlik yaşamış, tərəflər noyabr ayında İstanbulda atəşkəs məsələsini müzakirə etmək üçün bir araya gəlmişdi. Lakin danışıqlar nəticəsiz qalmış və dayandırılmışdı.İslamabad Pakistan Talibanı (TTP)nın Əfqanıstan ərazisində yerləşdiyini və hücumları oradan təşkil etdiyini iddia edir, Əfqanıstan isə bu ittihamları rədd edir.

Müəllif: Günay Hacıyeva

Digər xəbərlər