Rusiyanın Su-30 qırıcı təyyarəsi 18 martda Estoniya hava məkanına daxil olub və təxminən bir dəqiqə orada qalıb. Bu, Finlandiya körfəzindəki Vainloo adası yaxınlığında baş verib. Estoniya hava məkanını patrul edən İtaliya Hərbi Hava Qüvvələrinin bölməsi pozuntuya reaksiya verib. Estoniya Xarici İşlər Nazirliyi məsələ ilə bağlı Rusiyanın müvəqqəti işlər vəkilini nazirliyə çağırıb və ona ölkəsinin etiraz notasını təqdim edib.Bu barədə Estoniya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib. Xarici İşlər Nazirliyi əlavə edib ki, ölkənin təhlükəsizliyinə heç bir təhdid olmayıb. Bu, bu il Rusiya təyyarəsi tərəfindən Estoniya hava məkanının ilk pozulması olub.
Qeyd edək ki, 18 mart gecəsi Rusiya Şahed təyyarəsi Moldova hava məkanını pozub. Moldova sərhədçiləri Ukrayna sərhədindən təxminən 500 metr aralıda yerləşən sahədə başqa bir pilotsuz təyyarə aşkar ediblər.
Moldova prezidenti Maya Sandu Rusiyaya məxsus dronunda partlayıcı maddələrin tapıldığını açıqlayıb.
İlham