Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının qərərgahında partiya veteranlarının iştirakı ilə görüş keçirilib. Görüşdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, partiya veteranlarından Aşır Həsənov, Nəriman Səfərov, Ramiz Cəfərov, Astan Nəsibov, Nəriman Alıyev və uzun müddət ərazi partiya təşkilatının sədri kimi fəaliyyət göstərmiş Qumru Yusifova, hal-hazırda ərazi partiya təşkilatının sədri olan Mehriban İbrahimova iştirak etdilər
Tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev qeyd edib ki, Yeni Azərbaycan Partiyası sıralarında uğurla təmsil olunduqlarını, həmçinin işlərində məsuliyyətli, təvazökar və ciddi insanlar olduqlarını qeyd etmişdir. F.Vəliyev bildirmişdir ki, partiya veteranlarına diqqət və qayğı göstərilməsi, onları narahat edən problemlərin həlli partiya rəhbərliyinin hər zaman böyük həssaslıqla yanaşdığı və xüsusi diqqət mərkəzində saxladığı məsələdir.
Rayon təşkilatının sədri daha sonra yubilyarları təbrik edərək, onlara möhkəm can sağlığı, uzun ömür, səadət dolu günlər arzulamış, onları rayon təşkilatı adından təbrik edərək, xoş arzularını bildirmişdir.
Tədbirdə həmçinin YAP Şəmkir rayon təşkilatının ictimai-siyasi həyatında fəallıqlarına görə və yubileyləri münasibətilə partiya veteranları Fəxri Fərmanlarla, və hədiyyələr ilə təltif olunublar.
Veteran partiyaçılar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş Yeni Azərbaycan Partiyası sıralarında olmaqdan qürur duyduqlarını vurğulayıblar.