Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının təsdiq olunmuş tədbirlər planına uyğun olaraq, ərazi partiya təşkilatları tərəfindən xalqımızın qədim milli-mənəvi dəyərlərini özündə əks etdirən və ən əziz bayramlarımızdan biri olan Novruz bayramı münasibətilə silsilə bayram tədbirləri təşkil edilmişdir.
Keçirilən tədbirlər çərçivəsində Novruzun zəngin ənənələri, milli adət-ənənələrimiz, xalqımızın birlik və həmrəylik ruhunu təcəssüm etdirən mərasimlər geniş şəkildə nümayiş etdirilmiş, bayramın mahiyyəti və tarixi əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılmışdır.
Eyni zamanda, tədbirlərdə milli musiqi nümunələri səsləndirilmiş, bayram atributları təqdim olunmuş və iştirakçılar arasında xoş əhval-ruhiyyənin formalaşmasına xüsusi önəm verilmişdir. Bayram tədbirləri cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələrini bir araya gətirərək milli birlik və həmrəyliyin daha da möhkəmləndirilməsinə xidmət etmişdir.