PDF Oxu

Siyasət

  • 886

YAP Kürdəmir rayon təşkilatı anım tədbiri keçirib - FOTOLAR

image

31 mart 2026-cı il tarixdə Kürdəmir şəhər Rüstəm Quliyev adına 5 saylı tam orta məktəbində YAP Kürdəmir rayon təşkilatının “Hərbi şəhərcik” ərazi partiya təşkilatında 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü”-nə həsr olunmuş tədbir keçirib. Tədbirdə YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov və partiya üzvləri iştirak edib.Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra “31 Mart-Azərbaycanlıların Soyqırımı Günü” adlı videoçarx nümayiş olunub. Tədbirdə YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov məruzə edərək bildirdi ki, Azərbaycanlılara qarşı törədilmiş soyqırımdan 108 il ötür. 31 mart – Azərbaycanlıların Soyqırımı günü xalqımızın qan yaddaşında əbədi iz buraxmış faciələrdən biridir. 1918-ci ilin mart-aprel aylarında erməni daşnak qüvvələri tərəfindən Bakı, Şamaxı, Quba, Naxçıvan və digər bölgələrdə on minlərlə dinc azərbaycanlı qətlə yetirildi. Uşaq, qadın və qoca demədən törədilən bu amansız qırğın nəticəsində həm insan həyatına, həm də milli-mədəni irsə ağır zərbə vuruldu. Məscidlər, məktəblər, xəstəxanalar dağıdıldı, şəhərlər və kəndlər xarabalığa çevrildi.

1993-cü ildən başlayaraq Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə tariximizin obyektiv təbliği təmin edildi. Ümummilli Liderin 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasətinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırımasını təmin etdi.

Dövlət başçısı İlham Əliyev 30 dekabr 2009-cu il tarixli “Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” Sərəncam vermişdir. Quba Soyqırımı Memorial Kompleksinin 2013-cü il sentyabrın 18-də açılışı olmuşdur. Quba Soyqırımı Memorial Kompleksi yaradıldı və dünya ictimaiyyətinə tarixi həqiqətlər çatdırıldı. Xocalı faciəsi və 30 illik işğal dövrü də göstərdi ki, erməni vəhşiliyi uzun illər davam edib. 2020-ci ilin Vətən müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi ədaləti bərpa etdi və ərazi bütövlüyünü təmin etdi.

Tədbirdə çıxış edən Kürdəmir şəhər Rüstəm Quliyev adına 5 saylı tam orta məktəbinin direktoru, “Hərbi şəhərcik” ərazi partiya təşkilatının sədri Elnarə Muradova bildirib ki, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü xalqımızın yaddaşına həkk olunmuş ən faciəli tarixlərdən biridir. Bu gün 1918-ci ildə baş vermiş kütləvi qırğınların qurbanlarının xatirəsinə həsr olunmuşdur. Həmin dövrdə Mart qırğınları nəticəsində minlərlə günahsız azərbaycanlı yalnız milli və dini mənsubiyyətinə görə amansızcasına qətlə yetirilmişdir.

1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanmış fərmanla 31 Mart rəsmi olaraq “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Bu qərar tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və qurbanların xatirəsinin əbədiləşdirilməsi baxımından mühüm addım olmuşdur. Bu günün qeyd olunması xalqımızın milli yaddaşının qorunmasına xidmət edir. Gənc nəsil bu hadisələri öyrənərək tarixdən nəticə çıxarmalı, vətənə və milli dəyərlərə daha sıx bağlı olmalıdır. 31 Mart həm də bir daha göstərir ki, tarix unudulmamalı, belə faciələrin təkrarlanmaması üçün daim xatırlanmalıdır.

Digər xəbərlər