PDF Oxu

Siyasət

  • 583

Sədərəkdə şəhid Leytenant Nadirli Ərtoğrulun məzarı ziyarət olunub -FOTOLAR

image

Sədərək rayon Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidi Leytenant Nadirli Ərtoğrul Hümbət oğlunun mövlud günü dərin ehtiram və böyük minnətdarlıq hissi ilə qeyd olunub.

Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan, "Vətən uğrunda" medalı, "Döyüşdə fərqlənməyə görə" "Kəlbəcərin azad olunmasına görə" medalı və III dərəcəli “Rəşadət” ordeninə layiq görülən şəhid Nadirli Ərtoğrul Hümbət oğlunun mövlud günü qeyd olunub.

Tədbirdə Sədərək Rayon İcra Hakimiyyətinin başçısı, YAP Sədərək rayon təşkilatının sədri və fəalları, şöbə müdirləri, Vətən müharibəsi qaziləri, şəhid valideynləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə çıxış edərək, Ərtoğrul Nadirlinin ailəsinə başsağlığı verib, Vətənimiz üçün ləyaqətli övlad böyütdüyünə görə valideynlərinə təşəkkür edib və onlara səbr diləyib. O, çıxışında Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıb.

Tədbirdə YAP Sədərək rayon Təşkilatının sədri Arif Qasımov çıxış edərək qeyd edib ki, Mən və bütün Azərbaycan xalqı Azərbaycanın süverenliyi, müstəqilliyi, vətən torpaqlarının azadlığı uğurunda şəhid olmuş qəhrəman Vətən övladlarının ruhu qarşısında baş əyir. 44 günlük Vətən Müharibəsində şəhid olmuş qəhrəman oğullarımızın, Vətənin ərazi bütövlüyü , müstəqilliyimiz, namus və ləyaqətimiz uğurunda mübarizəyə qatılmış bu fədailər Azərbaycan xalqının başını uca etdilər. Heç vaxt unudulmayan bu qəhrəmanlar xalqın qürur və iftixar mənbəyidir. Daha sonra Naxçıvan MR Ali Məclisinin deputatı Zeynəb Quliyeva, Şəhid atası İlham Abdullayev, Mayis Gülməmmədov və Şəhidin atası Hümmbət Rzayev çıxış edərək, Prezident-ordu-xalq vəhdətinin, birliyinin, həmrəyliyinin nəticəsi olaraq torpaqlarımızın düşməndən azad edildiyi, haqq-ədalətin bərpa olunduğu, Şanlı Zəfər gününün tariximizə şəhidlərimizin qanı ilə yazıldığını bildiriblər. Üçrəngli bayrağımızın respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalandığı vurğulayıb.

Ərazi bütövlüyümüzün bərpa olunması uğrunda canından keçmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik.

Digər xəbərlər