PDF Oxu

Siyasət

  • 1 229

Tariximizin qan yaddaşı - FOTOLAR

image

31 mart soyqırımı xalqımıza qarşı törədilən insanlığa sığmayan ən dəhşətli faciədir. Tarixin qan yaddaşına soyqırımi kimi həkk olunmuş bu hadisədən düz 108 il ötür. Həmin qırğında azərbaycanlı olduğuna görə minlərlə günahsız insanın həyatına son qoyulub. O qurbanların xatirəsini yad etməyi hər bir azərbaycanlı özünə borc bilir. Astara Pedaqoji Kollecində də “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü” münasibətilə tədbir oldu.

Tədbir iştirakçıları Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra “Tarix, coğrafiya və pedaqoji fənlər” FBK-nın müəllimləri-Elçin Mahmudov, Şükran Şabanov 31 mart soyqırımı ilə bağlı bildirdilər ki, bu qanlı tarix 1998-ci ildən etibarən dövlət səviyyəsində qeyd olunmağa başlanıb. Məlum həqiqətdir ki, XX əsr boyu Azərbaycan xalqı dəfələrlə kütləvi qırğınlara və soyqırımı siyasətinə məruz qalmışdır. 31 Mart hadisələri bu faciələrin ən dəhşətlisidir.

Çıxışlarda o da vurğulandı ki, xalqımıza qarşı törədilmiş bu soyqırımının araşdırılması, dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən atılıb. Onun 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” fərmanı bu faciəyə hüquqi-siyasi qiymət verilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Eləcə Azərbaycan xalqı yalnız faciələrlə deyil, həm də qəhrəmanlıq tarixi ilə yadda qalmışdır. 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı 44 günə qazanılan şanlı zəfərlə xalqımızın birliyi, iradəsi və vətənpərvərliyi bütün dünyaya bəlli oldu . Bu müharibə nəticəsində Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu və bu yolda canlarını fəda etmiş Vətən övladlarının əziz xatirəsi xalqımızın qəlbində əbədi yer aldı.

“31 Mart – Azərbaycanlıların Soyqırımı Günü” nə həsr olunmuş videoçarxın nümayişi ilə tədbir başa çatdı.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər