Milli Məclisin deputatı Anar Məmmədov Kəngərli kəndində Vətən müharibəsi şəhidi Qənbər Bəhruz oğlu Qənbərlinin ailəsini ziyarət ediblər.Görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, rayonun baş axundu və qazilər də iştirak ediblər.Millət vəkili qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində tarixi Qələbənin əldə edilməsində Qənbər kimi qəhrəman Vətən övladlarının müstəsna xidmətləri var. Qeyd olunub ki, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.