PDF Oxu

Siyasət

  • 1 069

”Şəhərsalma ili və WUF13 Azərbaycanın urban inkişafını gücləndirəcək” - POLİTOLOQ DANIŞDI

image

“2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi təsadüfi qərar deyil. Bu, dövlətin inkişaf modelində şəhərsalma və memarlığın prioritet məsələ olduğunu göstərir”.Bu sözləri SİA -ya açıqlamasında politoloq Turan Rzayev bildirib.Onun sözlərinə görə, söhbət təkcə fiziki məkanların yenidən qurulmasından getmir. Dövr dəyişir və yeni trendlər yaranır. Şəhər anlayışının mahiyyəti də bu yeniliklərə uyğun olaraq dəyişməli, inkişaf etməlidir. Artıq işğaldan azad edilən ərazilərdə ağıllı kənd qəsəbələrinin salınması, şəhərlərin baş planlarının yenidən hazırlanması kimi işlərə başlanılıb. Məhz belə bir kontekstdə, may ayında keçiriləcək World Urban Forum 13 tədbiri Azərbaycanın bu transformasiya prosesində özünü qlobal diskursun aktiv iştirakçısı kimi təqdim etməsi baxımından mühüm platformaya çevrilir.Bu forumun əhəmiyyəti ondadır ki, o, şəhərsalmanı sadəcə tikinti və infrastruktur məsələsi kimi deyil, çoxqatlı və inteqrativ bir sistem kimi təqdim edir. Müasir dünyada şəhərlər artıq yalnız yaşayış məkanları deyil, iqtisadi güc mərkəzləri, texnoloji innovasiya platformaları və sosial eksperiment sahələridir. Azərbaycan isə post-münaqişə dövründə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi “ağıllı şəhər” və “ağıllı kənd” layihələri ilə bu yeni urbanist yanaşmanı praktiki səviyyədə tətbiq edən nadir ölkələrdən birinə çevrilir. WUF13 bu təcrübənin beynəlxalq auditoriyaya çıxarılması üçün bir vitrindir, lakin daha önəmlisi, qarşılıqlı öyrənmə və adaptasiya imkanlarının genişlənməsidir.Forum çərçivəsində baş verəcək dialoqlar Azərbaycanın şəhərsalma siyasətini daha sistemli və standartlaşdırılmış beynəlxalq çərçivələrə inteqrasiya etməyə imkan verəcək. Bu isə normativ bazanın təkmilləşdirilməsi, dayanıqlı inkişaf prinsiplərinin daha dərindən mənimsənilməsi və urban idarəetmədə institusional güclənmənin sürətlənməsi deməkdir. Xüsusilə iqlim dəyişikliyi, resursların səmərəli idarə olunması və inklüziv şəhər mühitinin yaradılması kimi çağırışlar fonunda Azərbaycanın bu sahədə beynəlxalq təcrübəni mənimsəməsi yalnız daxili inkişaf üçün deyil, regional liderlik iddiaları üçün də vacibdir. Beləliklə, WUF13 Azərbaycanın urban inkişaf modelini həm test edən, həm də legitimləşdirən bir platformadır”.

Müəllif: Günay Hacıyeva

Digər xəbərlər