PDF Oxu

Siyasət

  • 442

ABŞ NATO-ya alternativ hərbi ittifaq yaradır - FOTO

image

ABŞ-ın keçmiş xüsusi elçisi Kit Kelloq NATO-ya alternativ hərbi ittifaqlar yaratmağa ehtiyac ola biləcəyini iddia edir. O, bu açıqlamanı Fox News-da verib.Kelloq NATO üzvlərini İrandakı münaqişəni həll edə bilmədiklərinə görə kəskin tənqid edib. O, ABŞ-ın digər müdafiə tərəfdaşlarından faydalana biləcəyini irəli sürüb: “NATO özünü qorxaq kimi göstərib. Bəlkə də yeni bir NATO, yeni bir müdafiə strukturu yaratmalıyıq”.

Kelloq daha sonra alternativ ittifaq strukturları təklif edib: “Mövcud müdafiə ittifaqlarını yenidən formalaşdırın, bəlkə də Yaponiya və Avstraliya ilə, eləcə də yeni qoşulmuş Almaniya və ya Polşa kimi qarşılıqlı əlaqədə olmaq istəyən bəzi Avropa ölkələri ilə yeni bir ittifaq yaradın. Hətta özünü yaxşı müttəfiq kimi sübut etmiş Ukrayna ilə də”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp müttəfiqlərinin ABŞ-ın İrandakı müharibəsinə münasibətinə görə ABŞ-ı NATO-dan çıxarmağı ciddi şəkildə düşündüyünü bildirib. Lakin mediada yayılan məlumatlara görə, ABŞ Konqresi və Pentaqon ABŞ-ın NATO-dan çıxması ilə bağlı heç bir müzakirə aparılmadığını və Alyansın özü Ağ Evin blokla əlaqələrini kəsməklə bağlı təhdidlərini blef hesab etdiyini bildirib.

İlham

Digər xəbərlər