PDF Oxu

Siyasət

  • 1 014

Şanlı Zəfərin dönüş nöqtəsi - FOTOLAR

image

3 aprel 2026-cı il tarixdə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Samux rayon təşkilatında Samux rayon İcra Hakimiyyətinin və YAP Samux rayon təşkilatının birgə təşkilatçılığı ilə aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilmiş “Şanlı zəfərə dönüş nöqtəsi” mövzusunda dəyirmi masa keçirilib.

Tədbir başlamazdan öncə müasir müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Aprel döyüşlərinin Azərbaycan tarixində mühüm yer tutduğunu vurğulayıb. Bildirib ki, 2016-cı ilin aprelində baş verən döyüşlər Azərbaycan Ordusunun gücünü, xalq–ordu birliyini və dövlətimizin qətiyyətini bütün dünyaya nümayiş etdirdi. Qeyd olunub ki, bu döyüşlər uzun illər davam edən işğal faktının dəyişməz olmadığını sübut edərək gələcək böyük zəfərlərin əsasını qoydu.

Gündüz Bayramov həmçinin diqqətə çatdırıb ki, Azərbaycan Ordusunun əldə etdiyi uğurların əsasında Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs dayanır və bu kurs bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Vurğulanıb ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrilib.

Tədbirdə iştirak edən digər natiqlər Fidayıl Əliyev, Gəray Bayramov, Namiq Cəfərov, Təhminə Nəsibova Aprel döyüşlərinin tarixi əhəmiyyətindən bəhs ediblər. Qeyd edilib ki, bu döyüşlər Azərbaycan əsgərinin yüksək döyüş ruhunu, vətənpərvərliyini və torpaq uğrunda canından keçməyə hazır olduğunu bir daha sübut edib. Sonda bir daha şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub, onların qəhrəmanlığının heç zaman unudulmayacağı vurğulanıb.

Digər xəbərlər