03 aprel 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatında partiya veteranı Abbasov Səmiyyədin Murtuza oğlunun 70 illik yubileyi münasibətilə görüş keçirilib.
YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov yubilyarı təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür arzulayıb. Səmiyyədin Abbasovun uzun illər rayon təşkilatının ictimai-siyasi həyatında fəallıq göstərdiyi xüsusi qeyd olunub.
Partiya veteranı göstərilən diqqət və qayğıya görə təşəkkürü bildirib, Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunmasının onun üçün böyük qürur olduğunu deyib.
Sonda partiya veteranına rayon təşkilatı tərəfindən fəxri fərman və qiymətli hədiyyə verilib.