PDF Oxu

Siyasət

  • 474

Şəhid Teymur Həsənovun ad günündə əziz xatirəsi yad edildi - FOTOLAR

image

Vətən Müharibəsi Şəhidi Həsənov Teymur Mahal oğlunun ad günündə əziz xatirəsi yad edildi.Vətən Müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur.
Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda da daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir.
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Nəsimi rayon İcra Hakimiyyətinin, Nəsimi rayon Polis İdarəsinin və RİH başçısı aparatının məsul əməkdaşlarının və şəhidlərin ailə üzvlərinin iştirakı ilə Vətən müharibəsi Şəhidi Həsənov Teymur Mahal oğlunun ad günündə əziz xatirəsi dərin hörmət və ehtiramla yad olundu, məzarları üzərinə gül-çiçək dəstələri düzüldü.
Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.

Digər xəbərlər