PDF Oxu

Siyasət

  • 559

Gədəbəydə şəhidlərin məzarları ziyarət olundu - FOTOLAR

image

05.04.2026-cı il tarixdə YAP Gədəbəy rayon təşkilatının əməkdaşı, Gədəbəy rayon İHB-nın Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun əməkdaşı, Gədəbəy rayon Cümə məscidinin imamı, eləcə də kənd sakinlərinin iştirakı ilə 44 günlük vətən müharibəsində vətənimizin müdafiəsi uğurunda öz canlarından keçən Şəhidlərimiz- rayonun İnəkboğan kənd sakini Allahverdiyev Turxan Rəsul oğlunun və Maarif kənd sakini Məmişov Tural Tələt oğlunun doğum günləri münasibətilə məzarları ziyarət edilərək xatirələri ehtiramla anıldı, məzarları üzərinə gül dəstələri düzüldü və ruhlarına dualar oxundu.

Ailələri ilə söhbətlər aparılıb onların qayğı və problemləri dinlənildi. Şəhid ailələri dövlətin göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!

Digər xəbərlər